Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Manşet / ZAKİR QARALOVUN QARDAŞINA CİNAYƏT İŞİ AÇILDI – “Dünən onun ilkin ifadəsi alınıb”

ZAKİR QARALOVUN QARDAŞINA CİNAYƏT İŞİ AÇILDI – “Dünən onun ilkin ifadəsi alınıb”

Azərbaycanın sabiq Baş prokuroru Zakir Qaralovun qardaşı Tahir Qaralova cinayət işi açılıb. Bu barədə gununsesi.org saytı məlumatlı mənbələrə istinadən məlumat yayıb. 

Məlumatda qeyd olunur ki, sabiq Baş prokurorun Gürcüstan vətəndaşı olan qardaşı Tahir Qaralov bu ölkədə başqa bir şəxsi ölümlə təhdid etdiyinə görə barəsində cinayət işi başlanıb. 

Buna səbəb isə  Gürcüstan vətəndaşı Emil Ocaqquliyevin Zakir Qaralov barəsində Azərbaycanın yeni Baş Prokuroru Kamran Əliyevə şikayət ərizəsi göndərməsi olub.

Xəbəri təsdiqləyən Emil Ocaqquliyev birdirib ki, onun Kamran Əliyevə şikayətindən sonra Zakir Qaralovun qardaşı onu təhdid edib, ölümlə hədəliyib : “Mən də buna görə Gürcüstanın hüquq mühafizə orqanlarına şikayət etdim. Artıq Tahir Qaralov barəsində cinayət işi başlanıb və dünən onun ilkin ifadəsi alınıb”.

Həmçinin oxuyun

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar – TƏFƏRRÜAT

Aprelin 22-də Bakı Şəhər Baş Gömrük İdarəsində maraqlı hadisə yaşanıb. Belə ki, Dövlət Gömrük Komitəsinin …