Bazar ertəsi , Aprel 19 2021
Ana səhifə / Manşet / Zakir Fərəcovun “işıqlandırma biznesi” – Sumqayıt küçələri neçə milyona işıqlandırılır?

Zakir Fərəcovun “işıqlandırma biznesi” – Sumqayıt küçələri neçə milyona işıqlandırılır?

Sumqayıt Küçə İşıqları Təsərrüfat Hesablı Xidmət Sahəsi “İnterkabel” firması ilə 295 561.63 manatlıq müqavilə imzalayıb. Müqavilədə elektrik mallarının satınalması nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə “İnterkabel” 16 sentyabr 1997-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi, ev 5a-da yerləşir. MMC-nin qanuni təmsilçisi Molanov Yasin Xanoğlan oğludur.
Açıq mənbələrdə Yasin Molanov haqqında hər hansı məlumat olmasa da, qanuni təmsilçisi olduğu şirkət kifayət qədər populyardır.
“İnterkabel”lə bağlı araşdırma apararkən məlum olur ki, şirkət əsasən iri məbləğli tenderlərin qalibi olur. Özü də firmaya iri dövlət qurumları da sifarişlər verir.
Təkcə ötən il Bakı Metropoliteni QSC “İnterkabel” firması ilə 1.2 milyon , “Azərsu” ASC 2.3 milyon, “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsi isə 2,99 milyon manatlıq müqavilə imzalayıb. 20 manatlıq şirkətlə belə iri məbləğli müqavilələrin imzalanması bir qədər şübhəli görünür.
“İnterkabel” firması Sumqayıt Küçə İşıqları Təsərrüfat Hesablı Xidmət Sahəsinin də sevimli şirkətidir. Araşdlrmalarımız zamanı bəlli olub ki, qurum 2020-ci ildə toplam maliyyə dəyəri 865 177 manat təşkil edən satınalma müqaviləsi bağlayıb. Ümumiyyətlə isə 2019-cu ilin noyabr ayından 2020-ci ilin noyabr ayına qədər Xidmət Sahəsi ilə “İnterkabel” firması arasında 1 125 979 manat məbləğində satınalma müqaviləsi imzalanıb.

Həmçinin oxuyun

Altı il məhkəmələrdə mübahisələndirilən bir iş – Rafiq İdrisov niyə və kimə görə təqib edilir? +VİDEO

Rusiya Fedrasiyası Dağıstan Respublikası, Dərbənd rayonu, Padar kəndinin sakini İdrisov İdris Kerimoviç  Azərbaycan Prezidenti İlham …