Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Manşet / Yoluxma sayı azalır – Gələn aydan hansı yumşaldılmalar olacaq?

Yoluxma sayı azalır – Gələn aydan hansı yumşaldılmalar olacaq?

“Son günlər yoluxma sayında azalmaların müşahidə edildiyini nəzərə alsaq, gələn aydan yumşaldılmaların olacağı istisna edilmir”.

Bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Millət vəkilinin sözlərinə görə, mövcud vəziyyətə uyğun olaraq, karantin tədbirlərinin yumşaldılması və bütövlükdə real sektordakı məhdudiyyətlərin bir qisminin aradan qaldırılması məqsədəuyğun olardı:

“Yaz aylarında Azərbaycanda sərt karantin tətbiq olunmadan yoluxma sayını lokallaşdırmaq mümkün oldu. Etiraf edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah son aylar bu istiqamətdə təqdirəlayiq fəaliyyət həyata keçirdi. Yoluxma sayının azalması və epidemioloji vəziyyətin uyğun olması yeni qərarların qəbul edilməsini istisna etmir.

Bu kontekstdə turizm mövsümünün yaxınlaşmasını nəzərə alsaq, Azərbaycana gəlişlə bağlı qaydaların yumşaldılmasını da təklif edirəm. Hazırda Azərbaycana gəlməklə bağlı xüsusi qaydalar qüvvədədir. Bu baxımdan seçilmiş ölkələrdən müddətli neqativ test nəticəsinə malik olan əcnəbilərin də ölkəmizə səfərinə icazə verilməsi daha məqsədəuyğun olardı”.

V.Bayramov həmçinin bildirib ki, AZAL bütün sərnişinlərdən uçuşdan 48 saat öncə alınmış koronavirus (COVID-19) neqativ PSR-testi haqqında çap edilmiş arayışı tələb edir və son aylar reyslərin sayının az olduğunu nəzərə aldıqda, tranzit uçuş edən sərnişlər üçün bu, bəzi hallarda çətinlik yaradır:

“Bir sıra digər ölkələrdə olduğu kimi bu müddətin 48 deyil, 72 saat müəyyənləşdirilməsi daha məqəsədəuyğundur. İqtisadiyyatda digər istiqamətlərdə də məhdudiyyətlərin yumaşladımasının mərhələli şəkildə həyata keçirilməsi yaxşıdır. Uzun müddət müzakirə olunan məsələlərdən biri də toyların keçirilməsinə icazə verilməsi və idman zallarının fəaliyyətə başlaması ilə bağlıdır. Fikrimcə, xüsusi qaydalar hazırlayıb tətbiq etməklə bu istiqamətdə yumşaldılmaya gedilməsi doğrudur”.

Həmçinin oxuyun

Arestoviç: İlham Əliyev qüsursuz oyun aparır

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya son səfəri və həmin ərəfədə rusiyalı sülhməramlıların vaxtından əvvəl ölkəmizi …