Ana səhifə / Manşet / Yevlaxın icra başçısının imarətində müəmmalı intihar

Yevlaxın icra başçısının imarətində müəmmalı intihar

Bakının Mərdəkan qəsəbəsində, Köhnə Qoşa Qala restoranın arxasında yerləşən dəbdəbəli imarətlərdən birində asılmış vəziyyətdə kişi meyiti aşkar olunub.

Azinforum.az – ın “Yeni Müsavat”a istinadən xəbərinə görə, mayın 5-dən 6-na keçən gecə bu haqda Xəzər Rayon Prokurorluğuna məlumat daxil olub. Dərhal hadisə yerinə istintaq-əməliyyat qrupu göndərilib.

Araşdırmalar zamanı məlum olub ki, meyiti asılmış vəziyyətdə aşkar olunan şəxs imarətin gözətçisi 1988-ci il təvəllüdlü Ruslan İnqilab oğlu Səmədovdur. İmarət sahibi isə Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyevdir. Daxil olan məlumata görə, icra başçısı hüquq – mühafizə orqanlarına gözətçininin müəmmalı ölümü ilə bağlı ehtimallarının olmadığını deyib.

Müəmmalı ölümlə bağlı Baş Prokurorluğun Mətbuat xidmətinə sorğu ilə müraciət edilib. Xidmət rəhbəri Günay Səlimzadə bildirib ki, intiharla bağlı Xəzər Rayon Prokurorluğunda hazırda araşdırma aparılır və hələlik fakta görə cinayət işi başlanılmayıb.

Qeyd edək ki, Anar Aqil oğlu Tağıyev 2019-cu ilin oktyabrında Yevlaxın icra başçısı təyin olunub. O, sözügedən təyinata qədər Nəsimi rayon icra başçısının müavini vəzifəsində çalışıb.

Həmçinin oxuyun

Tələbəsiylə eşq yaşadığı deyilən Elman Nəsirov: “Qadın yazmışdı ki, çoxdan ayrılıblar”

Millət vəkili Elman Nəsirovla bağlı günlərdir sosial şəbəkələrdə, bir sıra saytlarda qalmaqallı xəbərlər yayılır.  Belə ki, …