Ana səhifə / Manşet / “Yeni Yasamal”da avtobus dayanacağını zəbt edən kimdir? – FOTO

“Yeni Yasamal”da avtobus dayanacağını zəbt edən kimdir? – FOTO

Paytaxtın “Yeni Yasamal” ərazisində yaşayan bir qrup vətəndaş “Azinforum”a müraciət edərək , həmin məhəllədəki “Bizim Market”lə üzbəüz olan Əsəd Əhmədov küçəsindəki avtobus dayanacağının zəbt edildiyini bildiriblər. Şikayətçilər qeyd edir ki, sözügedən dayanacaqdan onlara intensiv hərəkət qrafiki olan 77 və 211 nömrəli avtobuslara minib-düşmək üçün istifadə edirlər: “Hansısa bir işbaz orda bazar açıb. Demək olar ki, həmin ərazidə avtobusların dayanacağa yanaşmasına ciddi maneə yaradıb. Bunun da nəticəsində bizim avtobuslara minib-düşməyimizdə problem yaşanır. Mini bazarın açıldığı bu yer hərəkətin gur vaxtı həm də tıxaca səbəb olur. Sizdən xahiş edirik, bu problemi əlaqədar qurumların diqqətinə çatdırasınız ki, bizim dayanacağımızı işbazların “işğalından” xilas etsinlər”.

Azinforum.az olaraq real vəziyyəti əks etdirən məqalə və fotonu sorğu kimi Yasamal Rayon İcra Hakimiyyəti və Bakı Nəqliyyat Agentliyinin rəsmilərinə ünvanladıq. Ümidvarıq ki, onlar tezliklə problemin aradan qaldırılmasına yardımçı olacaqlar…

Çinarə SEYİDOVA,

Azinforum.az

Həmçinin oxuyun

Rövşən Məmmədov tanınmış jurnalisti təhqir edən əməkdaşını işdən qovdu – FOTOLAR

Azərbaycan Dövlət Televiziyasının (AzTV) əməkdaşı işdən qovulub.  Manset.az-ın əldə etdiyi məlumata görə, televiziyanın sədri Rövşən …