Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Manşet / Yasamalda qəribə hadisə – MİS rəisi vətəndaşın sənədli qarajını özünə ambar edib-VİDEO

Yasamalda qəribə hadisə – MİS rəisi vətəndaşın sənədli qarajını özünə ambar edib-VİDEO

Vətəndaş Quliyev Məzahir Ağarza oğlu ölkə rəhbərliyinə, hüquq-mühafizə orqanlarına etdiyi şikayətin bir nüsxəsini də Kütləvi İnformasiya Vastələrinə ünvanlayb. Şikayətçi bildirir ki, 1994-cü ildə Bakının Yasamal rayonu “Qızıl Şərq” hərbi şəhərciyin 18 saylı binanın qarşısında öz vəsaiti əsasında, əlaqədar qurumların icazəsilə tikdiyi qarajı Yasamal Rayonunda yerləşən 1 saylı xüsusi təyinatlı Mənzil İstismar Sahəsinin (MİS) Elnur adlı rəisi onun əlindən alaraq, özünküləşdirib.
Şikayətçi deyir ki, bütün qurumlara bununla bağlı şikayət ünvanlasa da, problem öz həllini tapmır. Sözügedən MİS-in rəisi isə saytımıza açıqlamasında bildirib ki, şikayətçi düz danışmır: “Onların əlində olan sənədlərin hamısı saxtadır. 2013-cü ilə kimi ora zibilxana olub. Həmin yer Hərbi Məhkəmənin arxasına düşür. Məhbuslar gətirilib, oradan binaya keçirilir. Həmin vaxt məhkəmənin sədri məni çağırıb dedi ki, zibilliyi oradan yığışdırmaq lazımdır. Mən oranı təmizlətdim. Sonra oranı ambar etdim. Həmin yer hazırda MİS-in ambarıdır”.
Biz media olaraq hər iki tərəfin mövqeyini təqdim etdik. Şikayətçi sənədli sübutlu yerinin MİS rəisi tərəfindən zəbt edildiyini deyir. MİS rəisi isə şikayətçinin sənədinin saxta olduğunu bildirirsə, onda son sözü Yasamal İcra Hakimiyyəti və hüquq-mühafizə orqanlarının olmalıdır. Mövzünü diqqətdə saxlayacayıq.

Elmira Hümbətova,
xüsusi olaraq Azinforum.az üçün

Həmçinin oxuyun

“Azərbaycanda narkotikin yayılmasını yuxarı səviyyədə himayə edirlər”

Elm və Təhsil Nazirliyinin tabeliyində olan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Meydan TV-yə …