Cümə , Aprel 19 2024
Ana səhifə / Manşet / Yanvarın 1-dən, ailə başına 50 manat ödəməyənlər üçün cərimələr tətbiq olunacaq -NƏYƏ?

Yanvarın 1-dən, ailə başına 50 manat ödəməyənlər üçün cərimələr tətbiq olunacaq -NƏYƏ?

Daşınmaz əmlakın icbari siğortası barədə çox danışılmadı. Yanvarın 1-dən, ailə başına 50 manat ödəməyənlər üçün cərimələr tətbiq olunacaq. Amma qanun tənzimləməsi xeyli əksikdir. Tənqidlərimi burda yazıram.
1. İcbari siğorta, üçüncü şəxslərə dəyəcək zərərləri aradan qaldırmaq üçün həyata keçirilir. Halbuki bu səğorta, şəxsin özünə vurduğu zərəri qarşılamaq üçün nəzərdə tutulub. Özümə vurdugum zərərə gəldikdə isə burada icbari sigorta tətbiq oluna bilməz.
2. Bina evlərində yanğın, lokal olur və qonşuya adətən keçmir. Yeni tikilən binalarda istifadə olunan material, yanğının digər qonşuya keçməsini əngəlləyir. Üstəlik bu siğorta növü bunu da qarşılamır !
4. Deyək ki, ev dağılıb, və yenidən tikilməlidir. Məsələn qaz sızma nəticəsində bina evi partlasa, bir çox mənzilə zərər vuracaq. Siğorta məbləği isə 25 min manatdır. bütün bir ev dağılıbsa, 25 min manat nəyə bəs edəcəkdir?
4. Siğorta haqqı kimi 50 manat hər bir evdən özəl siğorta şirkətlərin ciblərinə gedəcək. Dövlətə deyil, məsələn Ata Sığortaya gedəcək. Mənzil partlasa və qonşuların da evini dağıtsa, yeni blokun tikintisini dövlət həyata keçirib milionları xərcləyəcək, qabağa düşən isə siğorta şirkəti olacaq.
5. Və nəhayət, işsiz vətəndaşına işsizlik siğortası ödəməyən, hansı vicdanla ondan 50 manat da sığorta pulu alacaq? Müəllimə məktəbdə pul ödə, azmaaşlı məmurlara pul ödə, oliqarxların siğorta şirkətlərinə pul ödə – bəs imkansız kütləyə nə vaxt real dövlət yardımı toxunacaq?

Hesab edirəm ki, bu qanun müddəası, sırf siğorta şirkətlərini qabağa salmaq üçün atılmış bir addım idi və hökümətə də təklif edirəm ki, müvafiq qanunun müddəaarını gözdən keçirərək dəyişsin. Öz tövhəmi də verməyə hazıram.

Fərhad MEYDİYEV, hüquq üzrə professor

Azinforum.az

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …