Şənbə , Aprel 20 2024
Ana səhifə / Manşet / “Xüdafərin” sazişini ilk olaraq gündəmə kim gətirib… – Jurnalistdən sərt açıqlama

“Xüdafərin” sazişini ilk olaraq gündəmə kim gətirib… – Jurnalistdən sərt açıqlama

Heydər Oğuz: “Biz ekspertlərin dırnaq arasına “sığıb sığmadığına” baxmadan mövqelərini işıqlandırırıq”

“Xudafərin” sazişi neçə gündür ictimai müzakirələrin gündəmindən düşmür. İmzalandıqdan 4 il sonra müzakirə masasına yatırılan məlumatı öz adlarına çıxanlar da var, onu gündəmə gətirənləri dırnaqarası eskpertlikdə, səriştəsizlikdə, naşılıqda, hətta konkret olmasa belə, dolayısıyla “erməni dəyirmanına” su tökməkdə günahlandıranlar da. Xəbərin əsl müəllifi Ovqat.com isə daş atılmış qurbağa gölü kimi susmağa üstünlük verir. Adətən bu cür polemikalarda saytın səssiz qalmağı bacarmayan Baş redaktoru, şair-publisist və Ədalət Partiyasının sədr müavini Heydər Oğuzun bu davranışı bizə qeyri-adi göründü. Səbəbilə maraqlandıqda isə ilginc cavab aldıq.

Heydər Oğuzun “Azinforum”-a açıqlamasını təqdim edirik:

“Doğrusu, bu ittiham və dəyərləndirmələrin heç birisi mənin üçün zərrə qədər də önəm daşımır. Əsas odur ki, gündəmə gətirə bildiyimiz bu taleyüklü mövzu müzakirə olunur, hər kəs öz mövqeyini ortaya qoyur. Biz bizi müzakirə edənlər kimi, özümüzü dırnaqarasına sığmayan ekspert və ya mütəxəssis olaraq görmür, alimlik iddiasında da bulunmuruq. Ölkənin ən geridə qalan və əhəmiyyətsiz jurnalisti olmaqla da razılaşa bilərik. Yetər ki, dırnaqarasına sığmayan ekspertlər bizim qaldırdığımız məsələləri müzakirə etsinlər və bəziləri də özgə üfürcəklə bir qaşıq suda fırtına qoparmağa çalışsınlar. Bizi heç kim, saytımızı etibarsız qaralama dəftəri kimi görənlərə isə Hüseyn Cavidin başına gələn bir hadisəni xatırladatmaq stəyirəm. Nəql edirlər ki, sovet hökumətinin qılıncının dalı da, qabağı da kəsən dövrlərdə Cavid əfəndini ateistlər klubuna dəvət edirlər. Ondan bir tələbləri olur:

– Buyur, sən də Allahın var olmadığını öz dəlillərinlə sübut et. Hüseyn Cavidin bu tələbə cavabı isə belə olur:

-Bir halda ki, “Allah yoxdur” deyirsiniz, məndən mövcud olmayan bir varlıq haqqında danışmağı niyə tələb edirsiniz? Bizim kölgəmizi qamçılayan mübarək insanlara cavabımız da elə eyni məntiqə söykənir.

Cavid əfəndininin sözü olmasın, biz heç kimiksə və qaldırdığımız məsələnin zərrə qədər də əhəmiyyəti yoxdursa, neçə gündür, nəyi müzakirə edirsiniz?”

Heydər Oğuz onu da bildirdi ki, irəli sürdüyü fikirlərin haqlı, yaxud haqsız olduğunu iddia etmir və bunu etmək də ona düzməz:

“Biz bu məsələdə ekspert kimi yox, informator kimi çıxış etmişik və mütəxəssislərin düşüncələrini gündəmə gətirməklə işimizi tamamlamışıq. Bu gün bizi yamanlayanların belə fikirlərini saf-çürük etmədən oxucuların diqqətinə çatdırmağımız da informator kimi öz işimizi gördüyümüzün ən bariz dəlilidir”.

S. Feyruz,

Azinforum.az

Həmçinin oxuyun

“G7” ölkələrindən Bakı və Yerevana çağırış

“G7” ölkələri Bakı və Yerevanı davamlı sülhə nail olmağa çağırıb. Qurum bölgədə gərginliyin yolverilməz olduğunu …