Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Manşet / Xoşqədəm Hidayətqızının həyatı təhlükədədir – Özü danışdı

Xoşqədəm Hidayətqızının həyatı təhlükədədir – Özü danışdı

1 ildir Dubayda yoxa çıxan Hacıyev Elçin Elşad oğlu ilə bağlı Birləşmiş Ərəb Əmirliyinə qədər gedib axtarışlar aparan Xoşqədəm Hidayətqızının həyatı təhülkədədir.
Aparıcı “Səni axtarıram” verilişində bildirib ki, ölümlə təhdid olunur.
Aparıcının sözlərinə görə,  Elçinin yoxa çıxmağında böyük bir dəstənin əli var: “Bu məsələyə görə başım dərddəir. Mənə hədə-qorxu gəlirlər. Mənim başıma bir iş gəlsə… Əslində, özüm üçün qorxmuram. Qorxsaydım, buradan açıq-açıq danışmazdım. İki körpə balam var, mən onlar üçün qorxuram. Onlarsız yaşaya bilmərəm.
Buradan hüquq-mühafizə orqanlarına müraciət edirəm. Mənim həyatım təhlükədədir. Əgər başıma bir iş gəlsə, bu insanlardan bilin”.

Həmçinin oxuyun

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar – TƏFƏRRÜAT

Aprelin 22-də Bakı Şəhər Baş Gömrük İdarəsində maraqlı hadisə yaşanıb. Belə ki, Dövlət Gömrük Komitəsinin …