Bazar , Yanvar 24 2021
Ana səhifə / Manşet / Xarici mediada Naxçıvanla bağlı yerləşdirilən məlumata 3 milyon 500 min baxış olub – FOTO

Xarici mediada Naxçıvanla bağlı yerləşdirilən məlumata 3 milyon 500 min baxış olub – FOTO

Azinforum.az xəbər verir ki, Türkiyənin nüfuzlu “Milliyet” qəzetinin internet bloqunda Naxçıvanda fəaliyyət göstərən  jurnalist Rauf Əliyevin (Kəngərli) səhifəsində 3 milyon 500 minədək baxış sayı qeydə alınıb.

Türkiyəli internet istifadəçiləri jurnalistin Naxçıvanla bağlı məqalələrinə xüsusən muxtar respublikanın tarixə abidələrini, təbiətini, müasir kənd və şəhər mənzərələrini əks etdirən fotosessiyalara daha çox maraq göstəriblər. Belə ki, “İslam Mədəniyyəti Paytaxtı  – Naxçıvan şəhəri”, “Türk yurdu Naxçıvan” və “Naxçıvanın bir-birindən ləzzətli mətbəx nümunələri” adlı fotosessiyalar daha çox baxış sayı toplayıb. Bir milyondan çox baxış sayına malik olan “İslam Mədəniyyəti Paytaxtı  – Naxçıvan şəhəri” fotosessiyasında qədimliyi və müasirliyi ilə diqqət çəkən şəhərin gözoxşayan foto şəkilləri yerləşdirilib. Qeyd edək ki, həmin bölmələrdə məqalələrə keçidlər də edilib.

“Naxçıvanın muxtariyyəti Azərbaycan-Türkiyə qardaşlığının, birliyinin tarixi zəfəridir”, “İnkişaf edən Naxçıvan 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtıdır” və “Türk yurdu Naxçıvanın İslam dünyasının mədəniyyət paytaxtı olmasının başlıca səbəbləri” sərlövhəli məqalələr də türkiyəli internet istifadəçiləri tərəfindən maraqla oxunub, sosial şəbəkələrdə türklərin çoxluq təşkil etdikləri qruplarda 300-dən çox paylaşımlar edilib.

Qeyd edək ki, Rauf Əliyev vaxtilə LİDER televiziyasında və “Xalq qəzeti”ndə müxtəlif vəzifələrdə işləyib. 2014-cü ildən AZƏRTAC-ın Naxçıvan bürosunun rəhbəridir. Ötən il Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov jurnalistə Naxçıvan şəhərində üçotaqlı mənzil hədiyyə edib.

Jurnalistin ən çox izlənilən səhifələrini təqdim edirik:

http://blog.milliyet.com.tr/islam-kultur-baskenti—-nahcivan-sehri/Galeri/?GaleriNo=31455&Page=1

http://blog.milliyet.com.tr/turkun-kapisi–nahcivan/Galeri/?GaleriNo=29269&Page=1

http://blog.milliyet.com.tr/nahcivan-in-birbirinden-lezzetli-yoresel-yemekleri/Galeri/?GaleriNo=29602&Page=1

Çinarə SEYİDOVA,

Azinforum.az

 

Həmçinin oxuyun

Mirkazım Seyidov Şəhidlər Xiyabanını ziyarət edib – VİDEO/FOTOLAR

Böyük Dayaq Partiyası Təşkilat Komitəsinin sədri, tanınmış diapsor lideri Mirkazım Seyidov 20 yanvar – Ümumxalq …