Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Manşet / Xanım jurnalisti küçə söyüşləri ilə təhqir etdilər – Osman Nərimanoğlu isə parolu kimə verdiyini demir

Xanım jurnalisti küçə söyüşləri ilə təhqir etdilər – Osman Nərimanoğlu isə parolu kimə verdiyini demir

Jurnalist Arifə Əliyeva öz “Feysbuk” hesabında küçə söyüşləri ilə təhqir olunduğuna dair yazı paylaşıb. Xanım jurnalist qeyd edir ki, dünən ona Osman Nərimanoğlu adlı profildən mesaj gəlib və həmin ismarıcda o, ən ağır söyşlərlə təhqirə məruz qalıb.  Arifə Əliyevanın bu xüsusda paylaşdığı statusu olduğu kimi təqdim edirik:

” Çox böyük bir şərəfsizliklə üzləşmişəm. Bu gün saat 17.09-da buradan bir mesaj aldım. Gördüm ki, çox nalayiq ifadə ilə məni təhqir ediblər. Mesaj demokratik.az adlı saytın baş redaktoru Osman Nərimanoğlunun adından mənə göndərilmişdi. Ən pozğun ifadə ilə təhqir olunduğum üçün, Osman Nərimanoğluna zəng etdim. Hadisəni ona danışdım. Hiss etdim ki, çox təəccübləndi. Mesaj göndərilən profilin dəqiq ona məxsus olduğunu inkar etmədi. Amma dedi ki, bu gün onun başı çox qarışıq olub, heç kimisə təhqir etməklə bağlı heç vaxtı da olmayıb. Sonra mediada gedən informasiyalardan mənə bəlli oldu ki, doğrudan da adam bu gün səhər məhkəmədə olub, sonra isə Mətbuat Şurasında onunla bağlı edilən şikayətin müzakirəsinə qatılıb. Amma maraqlıdır ki, Osman mənə dedi ki, bunun kimin əməli olduğunu təxmin edir. Bildirdi ki, onunla Məhəmmədəli Qəriblinin mübahisəsi düşən zaman profilinin parolunu başqa adamlara veribmiş. Yəni belə məntiqi nəticəyə gəlinir ki, həmin söyüşü Osman Nərimanoğlunun adından mənə üçüncü şəxs göndərib. Maraqlıdr ki, sonra mən Osmana nə qədər zəng etdimsə, onun telefonu bağlı oldu, zənglərimə cavab vermədi. Şəxsən mən də Osmanın bu gərgin vaxtında məni təhqir etmək fikirinə düşdüyünə inanmıram. Onda qoy özü bu barədə açıqlama versin görək, profilinin parolunu kimə verib? Mən bu məsələni belə qoyan deyiləm. Hesab edirəm ki, bu şərəfsizliyin kimin tərəfindən edildiyinini üzə çıxmasında Osman Nərimanoğlu məndən də çox maraqlı olmalıdır. Həmin adamlar çıxıb məndən publik şəkildə üzr istəməsələr, məsələnin araşdırılması üçün hüquq-mühafizə orqanlarına şikayət edəcəm.Osman Nərimanoğlunun adından yazılan mesajın skrini məndədir. Sadəcə, çox nalayiq ifadələr yer aldığı üçün, onu ictimailəşdirmək istəmirəm. Amma zərurət yaranacağı təqdirdə, həmin skrini əlaqədar qurumlara təqdim edəcəm”.

Yazıda qeyd olunanlarla bağlı Osman Nərimanoğlunun da fikirlərinə yer verməyə hazırıq.

 

Azinforum.az

Həmçinin oxuyun

Hikmət Hacıyev: Ermənistan Bərdəni kasset mərmiləri ilə atəşə tutub

ANAMA-nın araşdırmasından məlum olub ki, ermənilər Bərdədə mülki əhaliyə qarşı “klaster” tipli “Smerç” raketlərindən istifadə …