Cümə , Fevral 3 2023
Ana səhifə / Aktual / “Xan Qızı Natəvan RAQİB” Rusiyada xanım soydaşımızı satan vəkilə dəstək verir

“Xan Qızı Natəvan RAQİB” Rusiyada xanım soydaşımızı satan vəkilə dəstək verir

Rusiyanın Surqut şəhərində yaşayan xanım həmyerlimiz, üç azyaşlı uşaq anası : Məmmədova Raya Sabir qızı ilə bağlı mövzunu ictimailəşdirməyimiz daha çox onun vəkili, Surqutdakı Azərbaycan diasporunun sədr müavini olan Amil Abbasovu narahat etməyə başlayıb.

Raya Məmmədova

Nə qədər qəribə olsa da, Amil Abbasov Raya Məmmədovanın vəkili olsa belə, onun həbs edilməsinə hamıdan çox çalışır , hətta bununla bağlı Rusiya mediasında publik çağırışlar da edir. Amil Abbasov Raya Məmmədova ilə sanki anti-Azərbaycan fəaliyyəti göstərən bir qurum və ya təşkilatla mübarizə apardığı kimi davranır.

Amil Abbasov

İndi də bu işə “Xan Qızı Natəvan Rüsiya Azərbaycan Qadınları İçtimai Birliyi” adlı qurumu da qoşub. Həmin qurumun rəhbəri kimi özünü təqdim edən: Könül Abbasova və təşkilatın digər üzvləri Raya Məmmədova barədə sosial şəbəkələrin Azərbaycan seqmentində dezinformasiyalar tirajlayırlar. Hətta ən utanverici metoda əl ataraq, güya Raya Məmmədovanın anasının erməni olduğuna dair məlumatlar yayırıar.

Nəzərinizə çatdırıram ki, Raya Məmmədovanın atası Tovuzdan, anası isə Qərbi Azərbaycandan olan təmiz türklərdir. Bunu sübut edən, sənədi də paylaşıram. Raya Məmmədovaya məxsus doğum haqqında şəadətnamədə onun valideynlərinin milli mənsubiyyətinə tam aydınlıq gətirilir. Başqa bir faktı deyim. Onların məntiqi ilə Rayanın dayısı da erməni əsilli olmalıdır.

Fotoda gördüyünüz onun dayısı yeganə oğlunun bu Vətən üçün şəhid verib. İndi “Natavan” klubu gedib şəhid atasına erməni dediyinə görə hüquq müstəvisində və cəmiyyət qarşısında cavab verər. Rusiyaya bağlı olan bu adamların və oradakı diaspor təmsilçimiz Amil Abbasovun bir qadını bu dərəcədə ləkələməkdə hansı marağı ola bilər? Darıxmayın, hər şeyə tam aydınlıq gələcək, artıq maskalarınız tam çırılmaq üzrədir…

Məhəmmədəli Qəribli,
Azinforum.az

Həmçinin oxuyun

Seymur Talıbov Qarabağ veteranının “sındırılmasına” niyə göstəriş verib? – Video

Şərur rayonu Çomaxtur kənd sakini, Qarabağ müharibəsi veteranı Əhmədov Vaqif adlı şəxs Azinforum.az-a müraciət edərək, …