Çərşənbə , Fevral 1 2023
Ana səhifə / Manşet / Vasif Talıbovun qardaşından AÇIQLAMA

Vasif Talıbovun qardaşından AÇIQLAMA

Ötən gün bir sıra saytlarda, sosial şəbəkələrdə Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun qardaşı Məhərrəm Talıbovun saxlanılması haqda xəbərlər yayılıb.

Azinforum.az xəbər verir ki, məsələ ilə bağlı manşet.az Məhərrəm Talıbovla əlaqə saxlayıb. Naxçıvan Muxtar Respublikası prokurorunun müavini, III dərəcəli dövlət ədliyyə müşaviri Məhərrəm Talıbov saxlanılması haqda xəbərlərin yalan olduğunu bildirib.

“Mənim saxlanılmağımla bağlı xəbərlər yalandır. Bunu yazanlar məqsədli şəkildə yazırlar. Mən uzun illər hüquq-mühafizə orqanlarında çalışmışam. Bu gün də çalışıram. Mən qanun adamıyam. Qanun nəyi deyirsə, onu da eləmişəm. Qaldı ki, dövlətimizin bu gün həyata keçirdiyi islahatlara heç kəsin iradı ola bilməz, onu müzakirə edə bilməz.”

Həmçinin oxuyun

Vasif Talıbovun general qohumu siyasi partiya funksionerinə necə “atıb”?- Video

Naxçıvanın sabiq rəhbəri Vasif Talıbovun yüksək vəzifədə işləyən yaxın qohumlarının əməllərindən zərər çəkən çoxlu sayda …