Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / Vasif Talıbov və əslən naxçıvanlı olan oliqarxların adının hallandığı “Flaminqo” cinayəti əsl şahidin dilindən… – Video

Vasif Talıbov və əslən naxçıvanlı olan oliqarxların adının hallandığı “Flaminqo” cinayəti əsl şahidin dilindən… – Video

Son vaxtlar bəzi KİV-lərdə Bakının 8-ci kliometr ərazisində yerləşən, 2009-cu ildə dəyəri 15 milyon manat həcmində olan “Flaminqo” adlı restoranın Naxçıvanın sabiq rəhbərliyi tərəfindən necə ələ keçirildiyi ilə bağlı çeşidli məlumatlar tirajlanır. Həmin vaxt sözügedən restoranı idarə edən, girov götürülən Cəmil adlı iş adamın azad olunması üçün pulu aparıb Naxçıvan rəhbərliyinə şəxsən verən Ələkbərov Nizami Əkbər oğlu adlı şəxs ”Flaminqo” cinayəti ilə bağlı Azinforum.az saytına eksklüziv və çox sensasion sayıla biləcək müsahibə verib. Vaxtınızı ayırıb, 40 dəqiqəlik bu müsahibəyə baxmaqla, siz sanki mafioz ssenarisi əsasında hazırlanmış filmi izləmiş olacaqsınız. Nizami Ələkbərov müsahibəsində bildirdi ki, “Flaminqo” cinayəti ilə bağlı yazılanları, danışılanların hamısını izləyib, ancaq onların heç birində hadisə haqda dəqiq və müfəssəl məlumatlara rast gəlməyib. Naxçıvanın sabiq rəhbərliyinin və əslən naxçıvandan olan tanınmış oliqarxların adının hallandığı “Flaminqo” cinayətini əsl şahidin dilindən eşidək. Azinforum.az həmin müsahibəni təqdim edir:

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …