Çərşənbə , Mart 22 2023
Ana səhifə / Manşet / Vasif Talıbov rus millətindən olan xanım jurnalistin mətbəəsini niyə yerlə yeksan etdirib? – Video

Vasif Talıbov rus millətindən olan xanım jurnalistin mətbəəsini niyə yerlə yeksan etdirib? – Video

Jurnalist Məhəmmədəli Qəribli “Senger TV” adlı internet televiziyasının efirindən maraqlı fakt səsləndirib. O bildirib ki, Vasif Talıbovun idarəçiliyi dönəmində rus əslilli Azərbaycan vətəndaşı Mixaylova Lyubov Alekseyevnaya məxsus olan Şərur şəhərinin mərkəzindəki özəlləşdirilmiş mətbəənin sökülməsinə göstəriş verilib. Qeyd edək ki, sözügedən xanım və onun həyat yoldaşı Azər Hacızasə ixtisasca jurnalist olublar. Azər Hacızadə Azinforum.az-a açıqlamasında faktın doğruluğunu təsdiqləyib. O qeyd edib ki, bu məsələ ilə bağlı Rusiya rəhbərliyinə müraciət ediləndən sonra, ailəyə təzyiqlərə son qoyulub. Azər Hacızadə deyir ki, onun ailəsinə təzyiq Prezident İlham Əliyevlə şəxsən görüşəndən sonra başlayıb. Hətta, Vasif Talıbovun Məhərrəm Talıbov adlı qardaşı jurnalisti güllələyəcəyi ilə hədələyib: “Mənə dedi ki, sən kimsən bizim başımızın üstündən iş görürsən?”
Azər Hacızadə bildirib ki, onlar dəymiş ziyanın ödənilməsi və ailə qarşı cinayəti törətmiş şəxslərin cəzalanmasını istəyirlər. Azinforum.az mövzuya aid videonu təqdim edir:

Həmçinin oxuyun

DYP saxta sübutlarla niyə cərimə tətbiq edir? – Videoşikayət

Jurnalist Məhəmmədəli Qəribli bildirir ki, DYP bayram günündə ona başqasını avtomobilinin şəkilini göndərib, ancaq cəriməni …