Bazar ertəsi , Dekabr 4 2023
Ana səhifə / Manşet / Vardanyan Laçın postunda saxlanıldı – RƏSMİ

Vardanyan Laçın postunda saxlanıldı – RƏSMİ

Sentyabrın 27-də “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma “Dağlıq Qarabağ Respublikasının Dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb.

Azinforum.az xəbər verir ki, bu haqda Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb. Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib.

Saxlanılan şəxs barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verilib.

Həmçinin oxuyun

Tərtər işgəncələrində ittiham olunan polkovnik: “Mən cinayətkar dəstənin üzvüyəmsə, bu dəstənin rəhbəri hanı?”

“Bu hadisələri təşkil edənlər dövlət içində dövlət quranlardır” 2017-ci ilin may-iyun aylarında Tərtərdə əsgər və …