Şənbə , Aprel 20 2024
Ana səhifə / Manşet / Ukraynanın nüfuzlu saytları Xoşqədəm Hidayətqızının uğurundan yazdı-VİDEO

Ukraynanın nüfuzlu saytları Xoşqədəm Hidayətqızının uğurundan yazdı-VİDEO

Azinforum.az xəbər verir ki, Ukraynanın bir sıra nüfuzlu elektron KİV-ləri “Xəzər TV”-də yayımlanan “Səni axtarıram” proqramının uğurundan yazıb. Layihə rəhbəri tanınmış jurnalist Xoşqədəm Hidayətqızı olan həmin verilişdə əslən Ukraynadan olan Marina adlı bir xanımın doğma oğlunun axtarışının  veriliş tərəfindən uğurla həyata keçirildiyi qeyd olunur.  Məqalələrdə bildirilir ki, Marinanın oğlu keçmiş həyat yoldaşı tərəfindən Azərbaycanda saxlanılırmış. Ananın oğlunu keçmiş həyat yoldaşından geri almaq cəhdləri uğurla nəticələnmədiyi səbəbindən, Marina “Səni axtarıram” proqramına müraciət etməyə məcbur olub və nəticədə o, Əlixan adlı oğlunu Xoşqədəm Hidayətqızının köməkliyi və səyi nəticəsində  geri qaytarmağa müvəffəq olub. Ukrayna KİV-lərində geniş yayımlanan həmin yazı ilə  bu linkə tıklamaqla tanış ola bilərsiniz.

Çinarə SEYİDOVA,

Azinforum.az

Həmçinin oxuyun

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI…

Bu ayın əvvəlində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni layihəsi – DOST TV – …