Cümə , Noyabr 22 2019
Ana səhifə / Manşet / Sabiq Baş prokuror İlyas İsmayılovun oğlu Etimad İsmayılov Türkiyədə qətlə yetirildi-Yenilənib

Sabiq Baş prokuror İlyas İsmayılovun oğlu Etimad İsmayılov Türkiyədə qətlə yetirildi-Yenilənib

Türkiyənin Sabah qəzetinin yaydığı xəbərə görə, həmin ölkədə fəaliyyət göstərən  Etimad İsmayılov adlı Azərbaycan  əsilli  iş adamı İstanbulun  Floriya rayonundakı  ofisində başından  və ürəyindən açılan 3 atəş nəticəsində həyatını  itirib.  Qətli Gözəl Dəmirov adlı şəxsin törətdiyi bildirilir. Sosial şəbəkələrdə silahlı hücum nəticəsində həyatını itirən şəxsin Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu olduğu bildirilir. Qeyd edək ki, Ədalət Partiyasının sədrinin oğlu uzun müddətdir ki, Türkiyədə biznes fəaliyyətilə məşğul olurdu və o, tanınmış jurnalist Sevil Nuriyeva ilə ailə həyatı qurmuşdu. Hələlik İlyas İsmayılovun ailəsinə yaxın olan kimsə öldürülən şəxsin partiya sədrinin oğlu olub-olmaması xəbərinə aydınlıq gətirməyib.

*******

Azinforum.az xəbər verir ki,  qətlə yetirilən şəxsin sabiq Baş prokuror İlyas İsmayılovun oğlu, tanınmış teleaparıcı Sevil Nuriyevanın həyat yoldaşı olduğu təsdiqini tapdı.

Allah rəhmət eləsin!

 

Rövşən ƏLİ,

Azinforum.az

Həmçinin oxuyun

Ata Abdullayevin Milan şousuna sərt reaksiyalar

Qalmaqallı blogerin İtaliyada erməni baş nazirlə “dialoqu” zərərli hesab edilir; iqtidar da qınadı İtaliyanın Milan …