Bazar ertəsi , Avqust 8 2022
Ana səhifə / Manşet / Tofiq Yaqublunun bu hala salınması elə polisə qarşı olan təxribatdır

Tofiq Yaqublunun bu hala salınması elə polisə qarşı olan təxribatdır

Tofiq Yaqubluya qarşı edilən bu hərəkətə vəhşilikdən başqa hansısa adı vermək olmaz. Mən bu mənzərə ilə bağlı kiçik bir qeydimi bölüşmək istəyirdim.

Hamımız Azərbaycanda yaşayırıq, bilirik ki, yeri gələndə polis qanunsuz olsa da , məsuliyyətə cəlb etdiyi adamları döyür. Son vaxtlar bu tendensiya kəskin azalsa da, belə hallar mövcuddur. Bu taktikadan daha çox ağır cinayətlərin açılmasında istifadə olunur.

Hətta ən qatı kriminal mahiyyətli şəxslərə qarşı belə verilən “pres”lərdə çalışılır ki, iz buraxılmasın. İstənilən bölmədən gedən məhbusu izalyatorlarda, türmələrdə qəbul edəndə , ilk olaraq onun bədənində işgəncə əlamətlərinin olub-olmadığl araşdırılır.

Belə əlamətlər olanda , rəislər ən əsası da- “ölər, mənim üstümdə qalar” prinsipini rəhbər tutaraq , işgəncə verilən şəxsi qəbul etmir. Faktı prokurorluğa məruzə edirlər.

Bu səbəbdən də, polis belə işləri səliqəli formada necə görməyin yollarını gözəl bilir. Hətta həbsxanada belə, ən islahedilməz məhkumlara qarşı bu formada işgəncə tətbiq edilmir.

Birinci təəssuratım budur ki, bunu polis yox, dövləti, elə polisi ağır zərbə altında qoymaq istəyən hansısa təxribatçı qrup edib.

Əgər həqiqətən bu addımı polis atıbsa, onda elə polisin daxilində çox təhlükəli və tapşırıqları kənardan alan təxribatçı bir qrup mövcuddur.

Dövlətimizin təhlükəsizliyi naminə, həmin qrup mütləq zərərsizləşdirilib, məsuliyyətə cəlb olunmalıdır.

Gəlin, bir anlıq təsəvvür edək ki, Yaqublunu polisdə döyüblər və bu göstərişi DİN rəhbərliyi verib.

Onu bu vəziyyətdə kameraların önünə buraxardılarmı? Ən azından bir 15 günlük inzibati həbs verib, işgəncə əlamətlərinin getməsini gözləyırdilər.

Əslində, Tofiq Yaqublunu bu vəziyyət salmaqla zərbə hakimiyyətə dəydi, qazanan isə onun təmsil olunduğu cameədir. İndi qoy dövlətimizin imicinə, polisin adına bu ağır ləkəni vuranlar öz layiqli cəzalarını alsınlar.

P.S. İndiyə qədər şahidi olmuşuq ki, etiraz aksiyaların dağıdılmasında əsasən oliqarx məmurların nəzarətində olan muzdlu qoçu dəstələrindən istifadə edilib.

Tofiq Yaqublu müsahibəsində dedi ki, onu mülki geyimli şəxslər aparıb Ələt yolundakı körpünün altında da döyüblər.

Bu məsələdə hansısa məmura bağlı qoçu dəstəsinin fəaliyyətinin olub-olmaması da araşdırılmalıdır.

Məhəmmədəli Qəribli,

Azinforum.az

Həmçinin oxuyun

“Broker Əbülfəz”in həbsi Kəmaləddin Heydərova da problem yarada bilər

Hörmətli həmkarlar! Əbülfəz Məlikovun həbsi ilə bağlı (əvvəllər broker sistemində işlədiyimə görə) dostların bir çoxu …