Bazar ertəsi , Yanvar 24 2022
Ana səhifə / Manşet / “TikTok”da söyüş söyənlərə, təhqir yazanlara qarşı mübarizəyə başlandı – DİN-dən açıqlama

“TikTok”da söyüş söyənlərə, təhqir yazanlara qarşı mübarizəyə başlandı – DİN-dən açıqlama

Son vaxtlar “Tiktok” sosial platformasında söyüş və təhqirlərlə bağlı xeyli fikirlər səsləndirilir. 
Hətta həmin platformada təhqirlərə məruz qalan bəzi şəxslər polis orqanlarına da müraciət edir. 
Tanınmış jurnalistlər Azərbaycanda “TikTok”u ciddi bir platformaya çevirmək üçün müvafiq işlər görməyə başlayıb. 
Tanınmış jurnalist, Azinforum.az saytının rəhbəri Məhəmmədəli Qəribli Azxeber.com-a bildirib ki, hansısa platformanı bağlamaqdansa, orada inkişafa nail olmaq lazımdır:

“Təəssüflər olsun ki, bizdə bir çox şəbəkələrlə bağlı, hətta peşəkar jurnalistlər belə fikir bildirdikdə, çıxış yolunu onun bağlanmasında görürlər. “TikTok”la bağlı da belə fikirlər səsləndirilirdi, amma biz buna qarşı çıxdıq. Çünki hansısa platformanın bağlanması çıxış yolu deyil. Bağlandıqda ölkəyə beynəlxalq təzyiqlər, basqılar də çoxalır. Hesabatlarda qeyd olunur ki, həmin ölkədə söz azadlığına məhdudiyyət qoyulub. Ona görə də, mövcud olan bir resursdan səmərəli istifadə məsələsi var. Bu prosesdə Azxeber.com-un baş redaktoru Hacıbəy Heydərli də bizimlə çiyin-çiyinədir. Elə gecələr olur ki, biz heç yatmırıq, mövzuları müzakirə edirik. Artıq ortada sevindirici nəticələr var. Biz qısa müddətdə “TikTok” platforması üzərində, hətta ciddi paylaşımlarda rekord nəticələr əldə etdik. Biz artıq iki aydır ki, oradayıq, 36 minə yaxın izləyicimiz, 300 mindən çox bəyənmə var. İki ayda ümumi giriş isə 7 milyona yaxınlaşır. Yəni platformadan düzgün istifadə etmək lazımdır. 
“TikTok”da tanınmış adamlar da söyüş söyür, orada blogerlər var ki, xeyli kütləsi var, sanki oranı özləri üçün rahat bir mühitə çeviriblər. Söyüş söyməklə auditoriyanı özlərinə cəlb edib, orada oyunlarla külli miqdarda pul qazanırlar. 
Qazansınlar, amma söyüş üzərində pulun qazanılması insanları mənəvi aşırıya məruz qoyur. Oradakı gənclər nə tərbiyə götürəcək?”
M.Qəribli qeyd edib ki, artıq gördükləri işlərlə bağlı sevindirici nəticələr əldə edilib:
“Biz bununla bağlı maarifləndirici yayımlar etdik, canlı yayımlar etdik. Aktyor Səbuhi Xanlarovla qadınlar arasında söyüş məsələsi olmuşdu. Biz bunu ictimailəşdirdikdən sonra Səbuhi də məcbur qalaraq üzrxahlıq etdi. O zaman qadınlar da bizim canlı efirimizdə idi. Yəni, bu özü artıq bir nəticədir. O cümlədən aparıcı Tarix Əliyev də canlıya qoşularaq bildirdi ki, jurnalistlərin bu məsələyə nəzarət etməsi sevindiricidir. 
Amma çox böyük auditoriyası olan elə şəxslər də var ki, media qarşısında ictimai məsuliyyəti dərk etmirlər, onların yayımları xeyli kütləyə çatırsa, bu məsuliyyəti daşımalıdırlar. Ona görə də, mən ciddi jurnalistləri də dəvət edirəm ki, dəstək olsunlar, daha yaxşı nəticələr əldə edək”.
Azxeber.com informasiya portalının baş redaktoru Hacıbəy Heydərli də məsələ ilə bağlı fikirlərini bildirib. 
O deyib ki, “TikTok” artıq böyük biznes şəbəkədir: 

TikTok'da söyüş söyənlərə, təhqir yazanlara qarşı mübarizəyə başlandı - DİN-dən açıqlama

“Tik-tok”da canlı yayım açaraq, yarış keçirən insanların sayı çoxalır. Bu heç də səbəbsiz deyil, insanların canlı yayımına hədiyyə göndərilir, onlar isə bunu pul olaraq əldə edirlər. Orta hesabla hər 1000 bəyənmə 10 dollar pul qazandırır. Azərbaycanda isə yarışlarda 100 min hədiyyə toplayan şəxslər var, bu da min dollar pul edir. Ölkəmizdə aya 5-6 min dollar qazanan “tik-tok”çular var.
Jurnalist söyüşlərlə bağlı da danışıb: “Bu gün xeyli adam ölkədə olan söz azadlığından sui istifadə edir. Sosial şəbəkələrdə başqaları söyülür, təhqir edilir. “TikTok”da nə qədər insan bildirir ki, söyülmələri ilə bağlı DİN-ə müraciət ediblər. İnsanlar düşünür ki, sosial şəbəkədə hamını təhqir edə bilər. Ancaq bu belə deyil. Azərbaycan hüquqi dövlətdir və hər bir vətəndaşın hüquqları qorunur. Çıxış yolu maariflənmədir. Biz də bu yöndə işlərimizi davam etdiririk”.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətininşöbə rəisi, polis mayoru Elşad Hacıyev Azxeber.com-a bildirib ki, sosial şəbəkələrdə yazılan təhqirlərlə bağlı nazirliyə daxil olan bütün müraciətlər araşdırılır:

TikTok'da söyüş söyənlərə, təhqir yazanlara qarşı mübarizəyə başlandı - DİN-dən açıqlama

“Təhqir varsa, bütün hallarda qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət edilməlidir. “TikTok”da da təhqirlərlə bağlı DİN-ə müraciətlər olur, çox geniş olmasa da, belə hallar olur və onlar aidiyyatı üzrə istiqamətləndirilir. Belə müraciətlər daxil olduqda araşdırılır və qanunamüvafiq tədbirlərin görülməsi təmin olunur”.
Aydın Nuri
Yazı Medianın İnkişafı Agentliyinin yardımı ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi;” mövzusu üzrə dərc edilib.

Həmçinin oxuyun

Müşfiq Abbasov yalan danışır? – Foto

Xəbər verdiyimiz kimi, Rusiyanın Soçi şəhərində keçirilən KVN komandalarının 33-cü Beynəlxalq Festivalında (“KiViN-2022”) Azərbaycanı təmsil …