Bazar ertəsi , Avqust 15 2022
Ana səhifə / Manşet / “Tik-Tok”un Rusiya keşfetində sensasiya – İlk üçlüyü azərbaycanlılar qazandı

“Tik-Tok”un Rusiya keşfetində sensasiya – İlk üçlüyü azərbaycanlılar qazandı

Azinforum.az xəbər verir ki, “Tik-Tok” sosial şəbəkəsinin Rusiya Federasiyası üzrə keşfetində maraqlı və sensasion sayıla biləcək bir hadisə yaşanıb. 100 milyonlarla insanın qatıldığı həmin platformadadakı reytinq göstəricisində sıralamadakı ilk üç yeri Azərbaycansan olan sosial şəbəkə istifadəçiləri tutub. Qeyd edək ki, bu reytinq cədvəli iştirakçılara izləyicilərin göndərdiyi hədiyyələrin ümumi dəyərinə görə müəyinləşir. Sıralamada birinci yeri qazanan Rövşən adlı soydaşımlza 4 milyon jeton dəyərində hədiyyə göndərilib. Digər iki yeri bölüşən soydaşlarımızın hər birinə 3,2 milyon jeton ekvivaletində hədiyyə göndərilib. Qaliblərin bu yarışmadan əldə etdiyi ümumi qazanc məbləği 50 min dollardan çox pul edir. Bu yarışmada soydaşlarımıza əsas dəstəyi “Tik-Tok”da “Oliqarx.47”; “By Mq”; “Maestro” və başqa niklərlə fəaliyyət göstərən iş adamları verib. Sözügedən iş adamlarıının ölkə xaricində olduqları bildirilir. Əslən Qubadan olan “Maestro” ləqəbli şəxs Yura adlı yəhudi əsilli soydaşımızdır. Qeyd edək ki, sıralamada birinci yer uğrunda mübarizə aparan digər favoritlərə erməni əsilli iş adamları dəstək verirdi.

Həmçinin oxuyun

Ağsaqqalar Şurasının sədr müavini qazinin mülkünü əlindən alır – VİDEO

Abşeron rayonunda yaşayan Qarabağ qazisi Şahsuvarov Məhərrəm Arif oğlu Azsiyasət.com saytına müraciət edərək bildirib ki, onun 2014-cu ildə külli miqdarda vəsait …