Bazar , Fevral 25 2024
Ana səhifə / Manşet / “Tik-tok”da yuyulan çirkli pullar— böyük səhifələr NƏZARƏT ALTINDA

“Tik-tok”da yuyulan çirkli pullar— böyük səhifələr NƏZARƏT ALTINDA

Jurnalist Məhəmmədəli Qəribli TikTok üzərində bir müddət araşdırmalar apardıqdan sonra həyəcan təbili çalmağa başlayıb. O həmin sosial şəbəkədə canlı yayım açaraq, çoxlu izləyicisi olan tiktokerlərin səhifələrinin nəzarətə alındığını  vurğulayıb. Qeyd edək ki, Qəribli bir müddət öncə tiktoker Ləmanın bəzi oliqarxlar tərəfindən ona qarşı hücum silahı kimi istifadə edildiyini demişdi. 

Lent.az-a açıqlama verən jurnalistin fikrincə TikTok-un Azərbaycan seqmentində çirkli pulların yuyulması prosesi tanınmış blogerlərin əli ilə aparılır.

“Tiktok-da əsas pullar qurulan oyunlar zamanı atılan jetonlardan gəlir. Bu jetonların hamısı pul ekvivalentindədir. Balansa oturur və sən pul çıxarırsan. Son zamanlar çirkli pulların yuyulması istiqamətində TikTok-un aldadılması ilə məşğuldurlar. Eyni adama hər gün minlərlə dollar hədiyyə göndərilir. Atanlar da eyni adamdır, qəbul edənlər də. Bu sevgidirsə sevgi də deyil. Araşdırmalardan sonra məlum oldu ki, bu çirkli pulların yuyulmasıdır. Blogerlər öz aralarında da sövdələşmə edirlər. Oğurluq kartlardan jetonlar alınır və ucuz satılır. Blogerlər pulları çıxarandan sonra bir hissəsini geri qaytarırlar. Maaşa işləyirlər. Orda isə yalnızca görüntü yaradırlar. Camaat da həvəslənib baxır. Bu təqdim etdiyimiz şəkil hesabları dondurulmuş azərbaycanlı blogerlərin siyahısıdır. Ötən həftə 1 milyon jetondan cəmi 5000 dollar çıxarıla bilib.  Çoxu yalandan deyir “profilim işləyir”, amma ehtiyat səhifələrini işlədirlər, jetonları çıxara bilmirlər.

Bunu sübut edən video yayılıb.  Jetonları Azərbaycan seqmentində satan Rəşad və Emin qardaşları var. Onlar da Azər Zahidlə buna görə canlı yayımda dava edirlər. Azər Zahid deyir ki, sizdən jeton atıblar, bloka düşüb,çıxara bilmirik.

Məhəmmədəli Qəribli  bildirib ki, TikTok səhifəsində hesabı bloklananlardan biri aktrisa Pərvin Abıyevadır. Bundan əlavə, Tosu, Gülüm Gəncə, Azik kimi böyük səhifələri olan TikTokerlərin hesablarına blok qoyulub. Siyahını təqdim edirik.

Həmçinin oxuyun

Oğlu əsgərlikdə, özü isə soyuq və torpaq evdə yaşayan tənha ana kömək istəyir

Cəlilabadın Ocaqlı kənd sakini, 41 yaşlı Şəfa Nurəddin qızı İsmayılova əlillik ala bilmədiyindən şikayətlənir. O, …