Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Manşet / Tanınmış vəkilin “Aslan İsmayılov. Yalan Anatomiyası” kitabı təqdim olundu

Tanınmış vəkilin “Aslan İsmayılov. Yalan Anatomiyası” kitabı təqdim olundu

Müəllif hüquqşünas Aslan İsmayılovun fəaliyyəti ilə bağlı sərt fikirlər səsləndirib.

Bu gün tanınmış vəkil Elçin Qəmbərovun “Aslan İsmayılov. Yalan Anatomiyası” kitabının təqdimat mərasimi keçirilib.

Mərasimdə çıxış edən müəllif hüquqşünas Aslan İsmayılovun fəaliyyəti ilə bağlı sərt fikirlər səsləndirib.

O, A.İsmayılovun çoxüzlü və şantajçı bir şəxs olduğunu deyib: “Kitaba Aslan İsmayılovun 1993-cu ildə Heydər Əliyevin diqqətini çəkməkdən ötrü Milli Məclisdə etdiyi çıxışından başlamışam. Onun çıxışlarını təhlil edib, yalan danışdığını və böhtançı olduğunu göstərmişəm. Kitabda həmçinin Sumqayıt hadisələrinə də yer ayırmışam. O, özünü qəhrəman kimi göstərib, Moskvaya, KQB-yə qarşı çıxışlar etdiyini deyir. Mən faktlarla bunu təkzib etmişəm. Onun heç bir fəaliyyəti olmayıb. A.İsmayılov azərbaycanlıların tərəfində olsaydı, özünü ermənipərəst kimi aparmazdı”.

Elçin Qəmbərov kitabda Aslan İsmayılovun fəaliyyəti ilə bağlı daha müfəssəl məlumatların olduğunu qeyd edib. (publika.az)

Həmçinin oxuyun

“Azərbaycanda narkotikin yayılmasını yuxarı səviyyədə himayə edirlər”

Elm və Təhsil Nazirliyinin tabeliyində olan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Meydan TV-yə …