Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Manşet / Tanınmış jurnalist: “Kosmetoloq Elnarə Rzayeva məni azyaşlı qızımla şantaj edir”-FOTO

Tanınmış jurnalist: “Kosmetoloq Elnarə Rzayeva məni azyaşlı qızımla şantaj edir”-FOTO

Criminal.az saytının Baş redaktoru, tanınmış jurnalist Anar Məmmədov  peşə fəaliyyəti ilə əlaqədar olaraq qəribə  şantaj metodu ilə  üzləşib. Həmkarımız Azinforum.az saytına açıqlamasında bildirib ki, o, tanınmış kosmetoloq Elnarə Rzayevanın “İnstaqram” səhifəsində bu halı görüb: “Bilirsiniz ki, rəhbərlik etdiyim sayt özünü kosmetoloq kimi təqdim edən Elnarə Rzayevanın “həkim” fəaliyyəti ilə bağlı  zərərçəkən bir neçə şikayətçinin mövqeyini əks etdirən materiallar dərc edib. Qeyd edim ki, bizim həmin xanımla bağlı heç bir qərəzimiz olmayıb. Hətta edilən  şikayətlərlə bağlı əvvəl onun mövqeyini də dərc etmişik.  Bizə  xanımın fəaliyyətilə bağlı dəhşətli və tərkibində cinayət sayılan faktlar, onları sübut edən fotolar təqdim olundu. Bizim peşəmiz həmin materialları işıqlandırmaqdı, bunu da etmişik. Görünür, məhz bu fəaliyyətimiz Elnarə xanımı qane etmir. Qəribə vəziyyət yaranıb, bunlar istəyir ki, ölkədə hansı üsulla istəyirlər pul qazansınlar, heç bir jurnalist də bu barədə yazmasın. Bu məsələ ilə bağlı tutduğumuz prinsipial mövqe Elnarə Rzayevanın ürəyincə olmadığı səbəbindən o, mənə qarşı açıq şantaj vasitələrindən istifadə etmək qərarına gəlib. Öz “İnstaqram” səhifəsində yazır ki, güya mən ondan pul istəmişəm və o həmin məbləği vermədiyi səbəbindən, ona qarşı belə qərəzliyəm. Təbii ki, bunların hamısı Elnarə Rzayevanın düşdüyü çıxılmaz durumdan qurtulmaq üçün uydurduğu  yalanlardı. Ən maraqlısı isə budur ki, Elnarə Rzayeva bütün sərhədləri aşaraq, məni azyaşlı qız övladımla şantaj etmək kimi iyrənc metoda əl atıb. Həmin fotonu sizə təqdim edirəm. Bu, birbaşa mənim peşə fəaliyyətimə mane olmaq, məni tutduğum yoldan yayındıqmaq üçün edilən cinayət tərkibli cəhdir. Mən bilirəm ki, Elnarə Rzayevanın  arxasında kifayət qədər nüfuzlu və imkanlı şəxslər durur. Onun mənim qızımla bağlı paylaşdığı şəkildə həm də gizli mesal əlamətlərini sezirəm. Demək istəyirlər ki, onların işinə mane olmağım övladımı itirmək bahasına başa gələ bilər. Mən kriminal xəbərlər üzrə ixtisaslaşmış jurnalistəm. Hər halda, qənaətim məni aldatmaz. Belə deyilsə, niyə mənim azyaşlı qızımın fotosunu yayıb, mənə  mesaj verirlər?  Bu vəziyyətlə bağlı məsələnin hüquq müstəvisində araşdırılmasını tələb edəcəm”.

Jurnalistin səsləndirdiyi fikirlərlə bağlı Elnarə Rzayevanın da mövqeyini dinləməyə hazırıq.

 

Çinarə, Azinforum.az

Həmçinin oxuyun

“Azərbaycanda narkotikin yayılmasını yuxarı səviyyədə himayə edirlər”

Elm və Təhsil Nazirliyinin tabeliyində olan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Meydan TV-yə …