Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Manşet / Tanınmış hərəkatçı seçkidə Adil Əliyevi müdafiə edir, hətta onun təbliğatını da aparır…

Tanınmış hərəkatçı seçkidə Adil Əliyevi müdafiə edir, hətta onun təbliğatını da aparır…

Azərbaycan Milli Azadlıq Hərəkatının aparıcı ismlərindən olan Fərəməz Novruzoğlu yaşadığı və işlədiyi 20 saylı Nərimanov ikinci seçki dairəsində aktiv təbliğat apardığını bildirib. O, yazdığı məqalədə konkret kimi dəstəklədiyini bəyan etməsə də, Azinforum.az-ın araşdırmalarından sonra məlum olub ki, Fərəməz Novruzoğlu birmənalı olaraq həmin dairədən bir neçə dəfə deputat seçilən Adil Əliyevə dəstək verir, hətta onun təbliğatını da aparır. Fərəməz bəyin bu xüsusda yazdığı postu olduğu kimi təqdim edirik:

“Mən də kənarda qalmayım dedim – bu gündən etibarən seçki prosesinə qoşuluram. 20 saylı Nərimanov ikinci seçki dairəsi yaşadığım ərazini də əhatə edir.
İşimlə əlaqədar, təvazökarlıqdan uzaq olsa da, xeyli insanın fikrinə təsir edəcək gücə, inam və etibara sahibəm. Seçicilər tez-tez məndən soruşurlar ki, kimə səs verməyi məsləhət görərdim. Təbii ki, hər kəsin seçkilərlə bağlı ilk əvvəl öz fikri, öz düşüncəsi olmalıdı. Bununla belə, mən mənə etibar edən, inanan, sayğı göstərən yüzlərlə insana öz tövsiyyələrimi verirəm. Ən əsası isə onlara təbliğ edirəm ki, seçkilərdə fəallıq göstərsinlər. Fəallıq nə qədər çox olarsa, seçkilərin nəticələrini saxtalaşdırmaq imkanları da xeyli azalar.
Son günlər hiss edirəm ki, seçkilərlə bağlı mənə müraciət edən insanların sayı xeyli çoxalıb. Düşündüm ki, bu böyük qüvvəni mobilləşdirmək və inandığım, dəyər verdiyim namizədin xeyrinə səs vermələri üçün yönləndirmək imkanlarından istifadə edə bilərəm. Yaşadığım ərazidəki məntəqədən bəyəndiyim namizədə ən az 500-600 arası səs toplamaq imkanlarım var. Bu fürsətdən istifadə edib, seçkilərə müsbət mənada katkı saxlamaq istədim. Və mübarizəyə start verdim…
Bu dairədə qalib gəlməsi mühtəməl 3 ciddi namizəd var:
1) Hazırkı millət vəkili Adil Əliyev;
2) YAP tərəfindən namizədliyi irəli sürülən Allahyarlı Nihad;
3) Müsavat Partiyasının nümayəndəsi Əliyev Valeh.
Mənim dəstəklədiyim namizəd bu 3 nəfərdən biridi. Bütün gücümlə çalışacağam ki, yaşadığım ərazidə seçki fəallığı yüksək olsun. Bundan başqa, saxtalaşdırmanın qarşısının alınması üçün də var qüvvəmi səfərbər edəcəyəm. Əminəm ki, mən və mənim sözümü eşidəcək seçicilərin dəstək verdiyimiz namizəd layiqincə qələbə qazanacaq və bizi parlamentdə şərəflə təmsil edəcək.
P.S. Mənim müdafiə etdiyim namizədin heç xəbəri yoxdu ki, mən bu ərazidə yaşayıram və ona dəstək verirəm. Mən sadəcə, ağlım və düşüncəm nə deyirsə ona əməl edir, ən layiqli hesab etdiyim şəxsi dəstəkləmək istəyirəm”.

Azinforum.az

Həmçinin oxuyun

Azərbaycan Vaşinqtondakı görüşdən də irəliləyiş gözləmir – Hikmət Hacıyev nələrə əsaslanır…

Məlahət İbrahimqızı: “Yaxşı olardı ki, həmsədrlər indiyə kimi problemin həllinə dair mexanizm tapaydılar” Prezidentin köməkçisi, …