Şənbə , Dekabr 5 2020
Ana səhifə / Manşet / Tanınmış həkimdən polkovnik atasına təsirli notlarla DƏSTƏK – FOTO

Tanınmış həkimdən polkovnik atasına təsirli notlarla DƏSTƏK – FOTO

85 saylı Şamaxı Seçki Dairəsindən deputatlığa namizəd olan ehtiyatda olan polkovnik Əzizağa Süleymanovun qızı, tanınmış dietoloq Ləman Süleymanova atasına çox təsirli notlarla dəstəyini ifadə edib. Azinforum.az dietoloqun atasına xitabən yazdıqlarını təqdim edir:

“Ulu Öndərin ən sadiq və sevimli komandiri, Əzizağa Süleymanov. Mənim sevimli atam, dünya durduqca dur. Sənin Vətənə, Millətə necə sadiq olduğunu men bilirəm. Sən Vətən uğrunda döyüşərkən Allaha yalvarırdımki səni qorusun! Hər xəbər saatında, hər qapı döyüləndə, telefon zəngində, vahimə məni bürüyürdü. Əziz atam, bilirsən, sağ-salamat gəlməyini necə gözləyirdim?

Foto: Ləman Süleymanova


Əziz atam, bil ki, hər zaman yanındayam. Daha da mübariz olmanı istəyirəm. Düzdür, Sən 85 saylı Şamaxı seçki dairəsindən namizədliyini irəli sürəndə ən sonda mənim xəbərim oldu, amma sevindim. Hiss olunur ki, illər sənin Vətənə olan sevgini daha da artırıb. Qərarına böyük sayğım var. Övlad atasının qərarını müzakirə etməz, atasına dəstək olmaldır! Sən Ulu Öndərin ən sevimli komandiri və güvəndiyi insanıydın. Bunu hər kəs bilir. O dahi şəxsiyyətlə olan söhbətlərinizi hər zaman xatırlayıb, bizə danışırdın. Elə o zamandan da, mənim qəlbimdə Ulu Öndərə sonsuz sevgi yarandı, ona hər zaman uzun ömür arzulayırdım. Sən bizə həmin dahini xilaskar kimi tanıtdın. Deyirlər ki, uşaqların duaları tez eşidilir. Mən də hər zaman Ulu Öndərə dualar edirdim. Hər şey atamın dediyi kimi oldu. Heydər Əliyevin şah əsəri sayılan Azərbaycan hazırda dünyaya meydan oxuyacaq gücdədir. Ali Baş Komandan İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində bizi bütün dünya tanıyır. Mən də böyüdüm, uşaqlıqda arzuladığım kimi məşhur həkim oldum. Bütün nail olduqlarım, sənin zəhmətinin nəticəsidir. Əziz şamaxılılar komandirə səs verməklə, Şamaxı üçün ən uğurlu ilin məhs 2020- ci il olacağına əmin ola bilərsiz! Atama dəstək olub, hər zaman sizlərin yaninda olacam! Bilin ki, komandir bziləri kimi öncə gözəl vədlər verib , sonra sizə arxa çevirməyəcək. Çünki mənim atam vicdanlı və vətənpərvər insandır! Əziz atam, Allah səni qorusun! Bil ki, qızın hər zaman sənin yanındadır! Sən məni yaxşı tanıyırsan, əlavə şərhə ehtiyac yoxdur… Allah bütün ataları qorusun!”

Azinforum.az

Həmçinin oxuyun

“İqbal Ağazadədən başqa, xalqla işləyən müxalif partiya sədrinə rast gəlmədim” – VİDEOMÜSAHİBƏ

Böyük Dayaq Partiyasının (BDP) TK-nin sədri Mirkazım Seyidov Azinforum.az-saytına verdiyi geniş videomüsahibə Azərbaycanda və regionda …