Cümə , Oktyabr 23 2020
Ana səhifə / Manşet / Tanınmış həkim atasının rəqibini qabaqcadan belə təbrik etdi…

Tanınmış həkim atasının rəqibini qabaqcadan belə təbrik etdi…

Tanınmış dietoloq Ləman Süleymanova öz “İnstaqram” səhifəsində 85 saylı Şamaxı seçki dairəsindən deputatlığa namizəd olan Tamam Cəfərovanı qazanacağı qələbə münasibəti ilə qabaqcadan təbrik edib. Qeyd edək ki, Tamam Cəfərova həmin dairədə Ləman Süleymanovanın atası Əzizağa Süleymanovla alternativdir. Azinforum.az dietoloqun təbrikinin mətnini olduğu kimi təqdim edir:

“Ölkəmizdə keçirilən növbədənkənar parlament seçkiləri özünün kulminasiya nöqtəsinə yetişib. Bir gün sonra vətəndaşlarımız sandıq başına gedib, istədiyi namizədə səs verməlidir. Bildiyiniz kimi , bu seçkilər cənab Prezidentin ölkəmizdə apardığı struktur və kadr islahatları ayaqlaşmaq üçün keçirilir. Çünki yeniləşən Azərbaycana yeni parlament lazımdır. Bəs ölkə başçısının və bizim istədiyimiz yeni parlament necə formalaşmalıdır? Təbiidir ki, bunun üçün bütün namizədlər arasında sağlam rəqabət şəraiti təmin olunmaq şərti ilə seçki keçirilməlidir. Seçki prosesini yaxından izləyirəm. İnsafən deməliyəm ki, əksər dairələrdəki vəziyyət öz demokratikliyi ilə seçilir. Namizədlər çox sərbəst və bərabər şəraitlər daxilində mübarizə aparırlar. Təəssüflə qeyd etməliyəm ki, Şamaxıda tam fərqli atmosfer var. Mənim atam, ehtiyatda olan polkovnik, Qarabağ döyüşlərinin iştirakcısı Əzizağa Süleymanov 85 saylı seçki dairəsindən deputatlığa namizəddir. Onun rastlaşdığı problemlərdən görürəm ki, rayonun bütün inzibati resursları bir namizədin xeyrinə çəmləşib. Özü də bu biabırçı mənzərənin əks olunduğu ilə bağlı sübut sayılan fotolar ölkənin aparıcı KİV-ləri tərəfindən tirajlanıb. Şamaxıdakı yerli məmurlar əhali arasında şayiə yayırlar ki, namizədlərdən biri olan Azərbaycan Dillər Universitetinin prorektoru Tamam Cəfərova artıq deputatdır. Bütün rayon sakinləri hazırda vaxtından əvvəl dövriyəyə buraxılan bu şayiənin təsiri altındadır. Belə seçki mühiti olar? Əgər rayon icra hakimiyyəti vaxtından əvvəl seçkinin nəticəsinə TAMAM deyirsə, onda bizim də bir çarəmiz qalır, indidən Tamam Cəfərovanı deputat “seçilməsi” münasibətilə təbrik edək. Seçkiyə bir gün qalıb. Tamam xanım sonra deməyin ki, sizi təbrik etmədim. Sizi ilk öncə mən təbrik edirəm! Bəziləri kimi yaşınıza söz demirəm. Azərbaycan xanımları hər yaşda gözəldir! İnanıram ki, Milli Məclisə xeyriniz toxunar. Şamaxı icra rəhbərliyini də təbrik edirəm! Xeyirli olsun! İlk təbrik Ləman Suleymanovadan gəldi! Bir daha təbriklər ! Daha bu mövzuya qayıtmayacam!”

Azinforum.az

Həmçinin oxuyun

“AYPARA” VƏ YA “QURD QAPANI” TAKTİKASI… – Ordumuzun düşməni məhv etdiyi strategiyasının sirri nədir?

Azərbaycanın müzəffər ordusu işğal olunmuş torpaqlarımızı uğurla geri qaytarır. Artıq bir neçə rayon, onlarla kənd …