Şənbə , Aprel 20 2024
Ana səhifə / Manşet / Taleh Qaraşov seçki imtahanından 2 aldı- Lənkaranda üç məntəqənin nəticəsi rəsmən ləğv edildi

Taleh Qaraşov seçki imtahanından 2 aldı- Lənkaranda üç məntəqənin nəticəsi rəsmən ləğv edildi

Aprelin 11-də keçirilmiş prezident seçkiləri ilə bağlı 4 seçki məntəqəsinin nəticələri ləğv edilib.

APA-nın məlumatına görə, bu barədə qərar bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) aprelin 11-də keçirilmiş prezident seçkilərinə yekun vurulması və nəticələrin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi ilə bağlı iclasında qəbul edilib.

Qərara əsasən, 57 saylıı Kürdəmir seçki dairəsinin 2 saylı, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsinin 26 saylı, 73 saylı Lənkəran şəhər seçki dairəsinin 10 saylı və 74 saylı Lənkəran kənd seçki dairəsinin 12 seçki məntəqələrində nəticələr ləğv olunub. 57 saylı Kürdəmir seçki dairəsinin 2 saylı və 74 saylı Lənkəran kənd seçki dairəsinin 12 saylı seçki məntəqələrinin seçki komissiyaları isə buraxılıb.

Göründüyü kimi, nəticəsi ləğv edilən məntəqələr sırasında Lənkaranda olanlar liderlik edir. Belə nəticəyə gəlmək olar ki, Taleh Qaraşov seçkinin keçirilməsi ilə bağlı ona bəslənən etimadı lazımınca doğrultmayıb. Yəqin ki, bu amilin onun gələcək karyerasına mənfi təsir edə biləcəyi də istisna edilmir.

Hüseyn,

Azinforum.az

Həmçinin oxuyun

İrandan gətirilən 6 kiloqram narkotik maddə Bakı gömrüyündən necə keçirilib?-Video

Jurnalist Samir Feyruzov öz sosial şəbəkə hesabında ölkədə fəaliyyət göstərən bəzi karqo şirkətlərinin artıq narkotrafiklə …