Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Manşet / “Tərəqqi” medallı azərbaycanlı diaspor rəhbərinin Ukraynadakı Saakaşvili sevgisi…

“Tərəqqi” medallı azərbaycanlı diaspor rəhbərinin Ukraynadakı Saakaşvili sevgisi…

Ukraynada vəziyyət bir qədər qarışıb. Həmin ölkə bizdən məsafəcə uzaqda olsa da, biz özümüzü qəlbən ora yaxın sayırıq. Həm xalqlarımız arasında səmimi münasibət var, həm də dövlətlərimizin münasibəti starteji partnyorluq səviyyəsindədir. Ona görə də, biz Ukraynada daima əminamanlığın olmasını istəyirik. Orada baş verən hadisələrə fərqli baxışlarımız da ola bilər. Bəzilərimiz Saakaşvilini bəyənərik, bəzilərimiz isə Poraşenkonu. Bunu anlayırıq və kiminsə zövq məsələsinə müdaxilə etmək fikirimiz də yoxdur. Bu mövzuya qarşımıza çıxan bir fotodan sonra toxunmaq qərarına gəldik.

Yəqin ki, fotoda gördüyünüz şəxslərdən Saakaşvilini dərhal tanıdınız. Onun yanında duranı isə sizlərə biz  tanıdaq. Bizim Ukraynada yaşayan fəal soydaşlarımızdandır. İddailarına görə, Ukraynadakı Azərbaycan diasporunun liderlərindəndir. Olsun, çox gözəl. Bizdə  olan məlumata görə, adı Hikmət Cavadov olan bu cavan oğlan heç Ukrayna vətəndaşı da deyil. Bir neçə il bundan əvvəl Azərbaycanın ən ali təltiflərindən olan “Tərəqqi” medalına layiq görülüb. Hikmət Cavadov məhz bu təltifi almasaydı ona heç bir iradımız da olmazdı.

Ancaq hesab edirik , Azərbaycan hakimiyyəti tərəfindən məhz belə yüksək mükafata layiq görülməsindən sonra, onun belə həssas məqamda  Saakaşvilinin yanında poz verib foto çəkdirməsi və həmin fotonu sevinək halda paylaşması Ukrayna -Azərbaycan münasibətlərinə ciddi zərbə vura bilər. Çünki Hikmət Cavadov çıxışlarında, Saakaşvili ilə təmaslarında öz şəxsi adından deyil, Ukraynadakı soydaşlarımızın adından danışır və bəyan edir ki, güya oradakı Azərbaycan diasporu Saakaşvilinin simasında müxalifəti dəstəkləyir.

Birincisi, Azərbaycan hakimiyyəti tərəfindən “Tərəqqi” medalı verilən bir şəxs ilk növbədə yaşadığı ölkədə Azərbaycanın milli, dövləti maraqlarına uyğun şəkildə  çıxış etməlidir. Fikirləşməlidir ki, Ukraynanın hazırkı hakimiyyətində avtomatik olaraq sual yaranacaq: Hikmət Cavadov kimdir? Elə ilk andaca belə təəssürat yaranacaq ki, bu şəxs Azərbaycan hakimiyyətinin dəstəklədiyi adamdır. Hərçənd ki, biz bunun belə olmadığını bilirik. Ukrayna tərəfi bunu araşdırana kimi, iki ölkə arasında ola gözəl  etimad mühitinə ciddi zərbə dəymiş olacaq. İkincisi, bu adama Ukraynadakı azərbaycanlılarının adından danışmaq səlahiyyətini kim verib ki, o, millətin adından çıxış edərək, özünə Saakaşvilinin yanında yer etmək istəyir?

 

Bir faktı da deyək ki, insan bir ölkənin vətəndaşı deyilsə, müvəqqəti yaşadığı ölkədəki siyasi proseslərdə aktiv şəkildə kiminsə tərəfini saxlaması, hətta həmin ölkənin legetim hakimiyyətinin devrilməsinə yönəlik aksiyalara açıq dəstək verməsi qanunvericiliyin tələblərinə də ziddir. Ən azından bu cür əməllərinə görə, Ukrayna hökumətinin hüququ çatır ki, Hikmət Cavadovu vətəndaşı olmadığı ölkədən deportasiya etsin.

Hesab edirik ki,  Hikmət Cavadov hökumətdən aldığı ali təltifi sinəsinə vurub, özünü Azərbaycan diasporunun “lideri” kimi təqdim etməklə, Saakaşviliyə buterbrod düzəltməkdənsə, daha faydalı işlə məşğul olması məqsədəuyğundur. Qeyd edək ki, Hikmət Cavadovun özü tərəfindən paylaşılan videolarıdan birində, onun Saakaşviliyə meydanda azərbaycan diasporu adından buterbrod təqdim etdiyi əks olunub.

Foto – Qüdrət Hacıyev

Qeyd edək ki, Hikmət Cavadovun bu cür davranışları Ukraynada yaşayan fəal diaspor nümayəndələrinin də, narazılığına səbəb olub. Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayəti üzrə rəhbəri Qüdrət Hacıyevin sözlərinə görə, yaşadıqları ölkədəki cərayan edən proseslərə münasibəti Hikmət Cavadovun hərəkətlərinə uyğunlaşdırıb dəyərləndirmək doğru deyil:

“Mən sizə tam məsuliyyətilə deyirəm ki, bu proseslərdə Azərbaycan diasporu Saakaşvilini dəstəkləmir. Fərdi şəkildə kim-kimi istəsə dəstəkləyə bilər. Mən Hikmət Cavadovu başa düşə bilmirəm. O, niyə xalqın adından danışır. Azərbaycanın Ukraynadakı səfirliyi bu məsələni mütləq araşdırmalıdır. Xahiş edirəm ki, bu sualı həm də Diaspor Komitəsinə ünvanlayasınız. Təəssüf ki, UAK adından bizim etdiyimiz müraciətlərə cavab ala bilmirik”.

Azinforum.az

 

Həmçinin oxuyun

İSBAM Türkiyədə möhtəşəm layihə icra etdi – FOTOLAR

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə reallaşan layihə çərçivəsində İctimai Siyasi Proseslər …