Şənbə , Dekabr 9 2023
Ana səhifə / Manşet / Təhsil İdarəsi vəfat edən işçisinin ailəsinə çatacaq vəsaiti ödəmir

Təhsil İdarəsi vəfat edən işçisinin ailəsinə çatacaq vəsaiti ödəmir

Vəfat edən şəxsin oğlu: “6 aydır məni aldadırlar ki, gələn ay pul veriləcək”

Astara rayonu Ərçivan kənd sakini Xaliq Məmmədzadə atasının ölümündən sonra ailəyə çatacaq vəsaiti Lənkəran Regional Təhsil İdarəsindən ala bilmir.

O bildirir ki, atası Vaqif Məmmədov uzun illər Astara rayon Uşaq-Gənclər İnkişaf Mərkəzində dərnək rəhbəri işləyib. O, bu ilin aprelin 3-də vəfat edib. Atası vəfat edəndən sonra ailəyə onun maaşının 3 misli qədər vəsait birdəfəlik ödənilməli idi. Amma apreldən bu günə kimi ailə 2.010 manat pulu ala bilmir.

“Altı aydır pulu ödəmirlər. Lənkəran Regional  Təhsil İdarəsi deyir, maliyyə şöbəsinə yönləndirmişik, buna şöbə baxır. Altı aydır məni aldadırlar ki, gələn ay pul veriləcək”,- Xaliq Məmmədzadə deyir.

Elm və Təhsil Nazirliyi sorğumuza cavab olaraq bildirib ki, Lənkəran Regional Təhsil İdarəsi yaxın zamanda Vaqif Məmmədovun ailəsinə bu müavinəti ödəyəcək. Abzas.org

Həmçinin oxuyun

Azərbaycanda yeni təşkilat yaradıldı: III Respublika Platforması

“Missiyamız idarə olunan cəmiyyətdən özünü idarə edən cəmiyyətə keçidi təmin etməkdir” Dekabrın 7-də  bir qrup …