Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Manşet / Surqutdakı Azərbaycan diasporu Rusiya KİV-lərində jurnalist Məhəmmədəli Qəribliyə qarşı “qara piar” aparır …

Surqutdakı Azərbaycan diasporu Rusiya KİV-lərində jurnalist Məhəmmədəli Qəribliyə qarşı “qara piar” aparır …

Rusiyanın Surqut şəhərində soydaşımız Raya Məmmədova ilə bağlı tutduğumuz obyektiv mövqe daha çox həmin şəhərdəki Azərbaycan “diasporunu” narahat etməyə başlayıb. Qeyd edim ki, oradakı diasporun sədr müavini Amil Abbasov həm də güya hüquqşunasdır.

Könüllü şəkildə Raya Məmmədovanın hüquqlarını “qorumağa” qərar vermişdi. Ancaq işi-gücü müdafiə etdiyi şəxs barədə Rusiya mediasına aşağılayıcı, Raya Məmmədovanı gözdən salan müsahibələr verməkdən ibarət idi. Raya Məmmədovanın doğmaları bizə müraciət edəndən sonra, mövzunu ictimailəşdirdik.

Bundan sonra Surqutdakı Azərbaycan diasporunun rəhbəri Azad Seyidov və onun müavini Amil Abbasovun əsl siması üzə çıxdı. Hazırda Amil Abbasov vəkil adına yaraşmayan hərəkətlər etdiyinə görə, Raya Məmmədova tərəfdən ondan imtina olunub və həmin şəxs prosesdən tam kənarlaşdırılıb.

Amma özünə ucuz reklam etmək üçün, Rusiya KİV-lərində tez-tez müsahibələr verir. İndi də bizi ittiham edir ki, güya biz Rusiyadakı Azərbaycan diasporuna təzyiq göstərir. Bizdən Rusiya hüquq-mühafizə orqanlarına şikayət edəcəyini bəyan edib.

Rusiyanın ən nüfuzlu media qurumları bu mövzuda məndən münasibət öyrənib. Amil anlamır ki, pis yerə ilişib. Rus dilində yaxşı danışmağı və yazmağı bacaran bir jurnalist kimi Amil Abbasova elə Rusiya mediasında layiq olduğu cavabı vermişəm və verməkdə davam edəcəm.

Rusiyalı həmkarlarımıza göstərdikləri jurnalist obyektivliyinə görə xüsusi təşəkkkür edirəm. Artıq bizə Surqutdakı soydaşlarımızdan çoxsaylı şikayətlər daxil olmağa başlayıb. Həmin şikayətlərdə Amil Abbasov və oradakı diasporun məhz azərbaycanlıların başına hansı “oyunlar” açdıqlarlndan danışılır. Surqutda yaşayan ziyalı soydaşlarımız videomüraciət vasitəsilə Amil Abbasovun onlara qarşı törətdiyi dələduzluq əməllərdən danışırlar.

Həmin müsahibəni və mənim Rusiya mediasına verdiyim açıqlamaları şərh bölümündə paylaşıram. Diaspor Komitəsinin rəhbəri Fuad Muradovdan xahiş edirəm ki, Surqutdakı Azərbaycan diasporunun fəaliyyəti ilə dərindən maraqlansın və diaspor fəalı adı ilə millətin başına oyunlar gətirən şəxslərə çox da dəstək verməsin!

Məhəmmədəli Qəribli,
Azinforum.az

Həmçinin oxuyun

“Azərbaycanda narkotikin yayılmasını yuxarı səviyyədə himayə edirlər”

Elm və Təhsil Nazirliyinin tabeliyində olan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Meydan TV-yə …