Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Manşet / “Şübhəli əşyalara toxunmayın!” – DİN müraciət yaydı

“Şübhəli əşyalara toxunmayın!” – DİN müraciət yaydı

Daxili İşlər Nazirliyi əhaliyə müraciət edib. 

Azinforum.az həmin müraciəti təqdim edir:

“Ermənistan terror siyasəti yürüdən dövlət olaraq ayrı-ayrı vaxtlarda ölkəmizin ərazisində 30-dan çox terror aktı təşkil etmişdir. 

Odur ki, gördüyünüz, rastlaşdığınız şübhəli əşyalara toxunmayın, bu barədə dərhal “102” Xidmətini və ya yaxınlıqda xidmət aparan polis əməkdaşlarını məlumatlandırın. 

Düşmənin məkrli olduğunu unutmayaq. Vahid məqsəd uğrunda günbəgün sıxlaşan cərgələrimizlə Qələbə gününü daha da yaxınlaşdıraq. Qarabağ Azərbaycandır!”

Həmçinin oxuyun

Bu şəxslər dekabrın 2-dən hərbi xidmətdən tərxis edilir – Sərəncam

Azərbaycan Prezidenti İlham Əliyev bir qrup hərbi qulluqçunun səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilməsi haqqında …