Cümə , Oktyabr 30 2020
Ana səhifə / Manşet / Steynar Gil Naxçıvana şər atmaq üçün Məlahət Nəsibovaya 40 min dollar veribmiş – Şok

Steynar Gil Naxçıvana şər atmaq üçün Məlahət Nəsibovaya 40 min dollar veribmiş – Şok

Milli Azadlıq Hərəkatının tanınmış simalarından olan Fərəməz Novruzoğlu Norveçin ölkəmizdəki sabiq səfiri Steynar Gilin Azərbaycanın imicinə zərbə vuran fəaliyyətinə tutarlı cavab verib. Qeyd edək ki, sabiq səfir bir neçə gündür ki, güya Naxçıvanda qədim erməni abidələrinin dağıdıldığına dair saxta təbliğata start verib. Azinforum.az Fərəməz Novruzoğlunun mövzu ilə bağlı ifadə etdiyi mövqeyi olduğu kimi təqdim edir:

“Müxalifət düşərgəsinin bir zamanlar “qanadsız demokrat mələyi” (ifadə Kamal Gasimova aiddi) hesab etdiyi Steynar Gilin ölkəmiz adına ləkə yaxmaq üçün başlatdığı çirkin kampaniya hələ də müzakirə olunmaqdadı. Xüsusi məmnuniyyətlə qeyd edim ki, bir çox vətənpərvər eloğlumuz (nə qədər qəribə olsa da əksəriyyəti Avropada yaşayanlardır, buradakılar susmaqda davam edirlər) Steynar Gilə layiqli cavab veriblər və tarixi faktlarla sübut edirlər ki, Naxçıvan heç bir zaman Ermənistana aid olmayıb, eramızın I əsrindən etibarən Albaniya çarlığına daxil olub. Oradakı xaçkarlar və xristian abidələri də albanlara aiddir. Sabiq səfirin bəhs etdiyi hadisədən məlumatsız olanlar isə haqlı olaraq sual edirlər: belə çıxır ki, Naxçıvan rəhbərliyi alban abidələrini məhv edib?
Dostlar, əsla o abidələr məhv edilməyib.
Səhv etmirəmsə, 2005-ci ildə Culfada – “Gülüstan” qalası deyilən ərazidə və xristian abidələrinin çoxluq təşkil etdiyi digər ərazilərdə dövlət tərəfindən təmir işlərinə başlanmışdı. Bəhs edilən yerlərdə xeyli alban xaçkarları var. Bu günün özündə də o abidələr durur – ərazi də təmir olunub və açıq muzeydir.
Məsələ ondan ibarətdir ki, təmir işləri gedən zaman ərazi bağlı elan olunmuşdu, kimsə ora buraxılmırdı. Bundan istifadə edən maraqlı xarici qüvvələr Naxçıvan cəbhəçilərini (Asəf Quliyevin timsalında) və guya hüquq müdafiəçisi olan Məlahət Nəsibova adlı birisini qızışdırıb ortaya saldılar. İlk dəfə onlar bu fikri ortaya atdılar: guya Naxçıvanda erməni abidələri məhv edilir.
Bu xidmətlərinə görə onlara Steynar Gilin yardımıyla 40 min dollara yaxın qrant da ayrılmışdı.
Bir daha təkrar edirəm: Culfada heç bir erməni xaçkarı olmayıb, söhbət alban xaçkarlarından gedir və o xaçkarlar bu gün də yerində durur.
Vasif Talıbova və bütövlükdə Azərbaycan hakimiyyətinə müxalif mövqedə olmaq heç kimə əsas vermir ki, ölkəmizin imicinə xələl gətirən yalanları həqiqətmiş kimi bağırsın və Steynar Gil kimi gədələr də bundan istifadə edib, xalqımızı barbarlıqda suçlasın”.

Azinforum.az

Həmçinin oxuyun

Hikmət Hacıyev: Ermənistan Bərdəni kasset mərmiləri ilə atəşə tutub

ANAMA-nın araşdırmasından məlum olub ki, ermənilər Bərdədə mülki əhaliyə qarşı “klaster” tipli “Smerç” raketlərindən istifadə …