Bazar , Yanvar 23 2022
Ana səhifə / Manşet / Stavropoldakı diaspor rəhbəri Fəxrəddin Yarıyevin biabırçı “Fəxri Fərman”ı

Stavropoldakı diaspor rəhbəri Fəxrəddin Yarıyevin biabırçı “Fəxri Fərman”ı

Rusiyanın Stavropol Vilayətində fəaliyyət göstərən “Odlar Yurdu” Azərbaycan Milli Mədəni Mərkəzinin prezidenti Fəxrəddin Yarıyev tərəfindən verilən “Fəxri Fərman” geniş müzakirələrə yol açıb. Azinforum.az xəbər verir ki, mövzunu tanınmış jurnalist Məhəmmədəli Qəribli ictimailəşdirib. Sitat:

“Görün, bizim diasporumuz nə gündədir? Rusiyanın Stavropol vilayətində Azərbaycan diasporuna şəkildə gördüyünüz Yarıyev Fəxrəddin adlı adam rəhbərlik edir.

Bu şəxs rəhbəri olduğu – “Odlar Yurdu” Azərbaycan Milli Mədəni Mərkəzinin prezidenti kimi İman adlı bir adamı “Fəxri Fərman”la təltif edib və həmin Fərmanın fotosunu özünün “Feysbuk” səhifəsində paylaşıb.

Siz Allah, həmin Fərmanı bir oxuyun. Mən oxudum, buraxılan səhvləri sayıb qurtara bilmədim. Bu, bütün azərbaycanlıların adına yazılan biabırçı bir nümunədir.

Deyilənə görə, bizim Diaspor Komitəsi bu müəllimlə yaxından əməkdaşlıq edir. Səhifəsinə göz gəzdirdim, hətta Prezidentin yanına kimi aparıb çıxarıldığının əksi olan fotolara rast gəldim”.

Fərmanla tanış olduqda, doğrudan da kobud səhvlərin buraxıldığının şahidi oluruq. Azinforum.az kobud qrammatik və üslub səhvləri ilə yazılan həmin Fərmanın fotosunu təqdim edir:

Çinarə SEYİDOVA,

Azinforum.az

Həmçinin oxuyun

Məhəmmədəli Qəribli “Tik-Tok” debatında Azər Zahidi darmadağın etdi – Video

“Tik-Tok” platformasında iki tanınmış jurnalist: Məhəmmədəli Qəribli ilə Azər Zahidin arasında debat formatında yarışma keçirilib. …