Bazar , Sentyabr 19 2021
Ana səhifə / Manşet / Spiker Sahibə Qafarova daha demokratik davrana bilərdi…

Spiker Sahibə Qafarova daha demokratik davrana bilərdi…

Eldəniz Səlimovu əvvəl gündən ən sərt tənqid etmişəm. Onun etdiyi hərəkətə qətiyyən haqq qazandırmaq olmaz. Amma parlametdə onun deputat toxunulmazlığının ləğvi ilə bağlı müzakirələrdə spiker Sahibə Qafarovanın mövqeyi məni qane etmədi.

Parlament çox ali və mötəbər bir təsissatdır. Orada fikir monolitliyi yox, fikir ayrılığı, dartışmalar mütləq olmalıdır. Çünki ziddiyət olan yerdə, inkişaf olar. Millət vəkili Tahir Kərimli Eldəniz Səlimovla bağlı fərqli mövqe tutdu.

Amma həyacanlı olduğu üçün , fikirini hüquqi aspektdən yaxşı əsaslandıra bilmədi. Bu, Sahibə Qafarovanı özündən çıxardı. Xanım spiker dedi ki, gəl sənə kabinetimdə səs yazısı göstərəcəm, onda bilərsən ki, Səlimov hansı qələti edib. Mən Sahibə Qafarovanın əlində Eldəniz Səlimovla bağlı səs yazısının olduğuna qəti şübhə etmirəm.

Böyük ehtimalla Eldəniz Səlimovun qələminin məhz bu şəkildə “ qırılmasının” bir səbəbi də həmin səs yazısı ilə bağlıdır. Ancaq heç bir halda , Sahibə Qafarova parlamentin spikeri olaraq həmin səs yazısına parlament kürsüsündən istinad etməməliydi. Spiker bilməlidir ki, onun hüquqi yalnışlığa yol vermək haqqı yoxdur. Çünki bütün hüquqi tənzimləmələrlə bağlı qanunverucilik aktları Parlamentdə qəbul edilir.

Qanunvericiliyə görə, audio səs yazısı birbaşa deyil, dolayı sübut sayılır. Onun sübut kimi qəbul edilməsi üçün, məhkəmə və ya istintaqa prosesual nəzarəti həyata keçirən qurum ilikin olaraq həmin səs yazısını ekspertizaya göndərir, yalnız bundan sonra ona mötəbər sübut kimi yanaşır. Bu baxımdan , Sahibə Qafarova təcrübəsizlikdən siyasi və hüquqi naşılığa yol verib.

İkinci bir tərəfdən, parlament sədri kimi, ilk növbədə o, Milli Məclisdəki müzakirələrdə fikir ayrılığının olmasından məmnun qalmalıdır. Bu gün səs vermədə iştirak edən deputatların hamısı, bir nəfər istisna olmaqla Eldəniz Səlimovun toxunulmazlığının ləğvinin leyinə səs verib.

Çox güman ki, həmin bir nəfər elə Tahir Kərimli olub. Hörmətli Sabiə xanım bilməlidir ki, əgər biz Kommunist Partiyasının qurultayında yox, demokratik saydığlmız ölkənin parlamentindəyiksə, “edinoqlasno” nəticəsinin olmamasından qəti narahatlıq keçrməməliyik. Bəs , konstruktiv müxalifət nəyə lazımdır?

Məhəmmədəli QƏRİBLİ,

Azinforum.az

Həmçinin oxuyun

Sabiq deputat Rəsul Quliyevlə bəzi məmurların əlaqəsinə dair sensasion faktlar açıqladı

Sabiq deputat Qalib Salahzadə eks-spiker Rəsul Quliyev ilə aralarında olan bağ evi qalmaqalına aydınlıq gətirib. …