Şənbə , Aprel 20 2024
Ana səhifə / Manşet / “SON 10 İLDƏ HƏR SAATDA 1126 MANAT XƏRCLƏYİB…” – Qubad İbadoğlu Hacıyevadan yazdı

“SON 10 İLDƏ HƏR SAATDA 1126 MANAT XƏRCLƏYİB…” – Qubad İbadoğlu Hacıyevadan yazdı

Rutgers Universitetinin professoru, iqtisadçı – alim Qubad İbadoğlu Facebook sosial şəbəkəsində bir yazı ilə çıxış edib.İbadoğlu son günlər müzakirələrə səbəb olan Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın Londonda xərclədiyi vəsait ilə bağlı təhlil aparıb. İqtisadçı alimin feysbuk hesabında yazdığı həmin yazını təqdim edirik:

“Qlamurlaşmış Azərbaycan məmurları və ya Zamirə Hacıyevanın gündəlik xərcləmələri son 10 ilin hər saatında 1126 manat olub.
Məmur xanımının orta hesabla 1 saatda xərclədiyini Azərbaycan müəllimi 4 ayda, həkimi isə 6 ayda qazanır.
Qlamur dəbdəbə, cah-cəlal, cazibə mənasında işlədilir. Belə yaşayışla adətən şou-biznesin məşhurları tərənnüm olunur və lovğalanırlar. Bu təbəqəyə Ərəb şahzadələrindən sonra Azərbaycan məmurlarının ailə üzvləri də əlavə olunub. Amma bütün dünya ondan danışır, dünən iştirakçısı olduğum söhbətdə ildə 150-200 min dollar qazanan professorların təəccüblü baxışları ilə qarşılaşmasaydım, yəqin ki, Zamirə Hacıyevanın Azərbaycanı dünya mətbuatında diqqətə gətirən xərcləmələri barədə yazmazdım. Yeri gəlmişkən belə yazıların bəzilərinin (CNN, BBC, The Telegraph, The Sun) linklərini şərh bölməsində paylaşıram, maraqlananlar oxuya bilərlər.

44Zamirə Hacıyeva son 10 ildə hər saatda orta hesabla 500 funt sterlinqi, insafla Azərbaycan manatına çevirsək 1126 manatı sahibi olduğu 35 müxtəlif bank kartından xərcləyib. Odur ki, sizə sözüm pulu hara və necə xərclənməsi ilə bağlı deyil, bu pulların mənbəyi və asanlıqla mənimsənilməsi ilə bağlıdır.

Xatırlayırsınızsa bir vaxtlar İqtisadiyyat Nazirliyinin Anti-inhisar şöbəsinə rəhbərlik edən bir məmur, səhər yeməyini Moskvada, naharını Dubayda, şam yeməyini də başqa bir ölkədə edirdi. Bütün bunlar Azərbaycanda gəlirlərin və sərvətlərin ədalətsiz bölgüsünün, külli miqdarda dövlət vəsaitlərinin oğurlanmasının, xalqın pullarının mənimsənilməsinin göstəricidir. Bu bir daha sübut edir ki, Azərbaycan xalqının varidatı kiçik bir qrup tərəfindən talanır, xaricə aparılır, dəbdəbə, cah-cəlallı həyat sürən məmurların şəxsi kapitalına çevrilir. Onlar da xalqdan oğurladıqları pulları dədə malı kimi necə istəyirlər elə də xərcləyirlər və belə hallar xalqın sərvətlərinə və hakimiyyətinə sahib çıxana, siz doğrunun, düzgün olanın yanında dayana qədər davam edəcək.”

Həmçinin oxuyun

İrandan gətirilən 6 kiloqram narkotik maddə Bakı gömrüyündən necə keçirilib?-Video

Jurnalist Samir Feyruzov öz sosial şəbəkə hesabında ölkədə fəaliyyət göstərən bəzi karqo şirkətlərinin artıq narkotrafiklə …