Bazar , Oktyabr 2 2022
Ana səhifə / Manşet / Siyəzəndəki Mərkəzi Xəstəxana niyə keçmiş hərbçi ilə şəhid qardaşı arasında “razborka” məkanına çevrilib? – Video

Siyəzəndəki Mərkəzi Xəstəxana niyə keçmiş hərbçi ilə şəhid qardaşı arasında “razborka” məkanına çevrilib? – Video

Siyəzən rayonundan olan şəhid qardaşı Şirinov Tərlan Fərhad oğlu ilə, həmin rayonun sakini keçmiş hərbçi zabit Tağıyev Tural arasında yaşanan qalmaqal uzun müddətdir ki, öz həllini tapmır. Qeyd edək ki, Tağıyev Tural ordudan tərxis olunandan sonra Siyəzən rayon Mərkəzi Xəstəxanasında ictimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi kimi fəaliyyətini davam etdirib.

Foto: Şirinov Tərlan

Şirinov Tərlan iddia edir ki, o, xəstəxanaya müraciət edən zamam yaranan mübahisə zəmnində Tağıyev Tural tərəfindən döyülüb və bunun nəticəsində ona ciddi bədən xəsarəti dəyib. Şikayətçi deyir ki, bu yöndə etdiyi şikayətlər lazımınca araşdırılmır.


Tağıyev Tural isə Azinforum.az-a açıqlamasında bildirdi ki, Şirinov Tərlan və onun ailəsi ilə şəxsi arasında uzun müddətə təsadüf edən qarşıdurma var. Keçmiş hərbçi deyir ki, buna görə də Şirinovlar ailəsi qisas almaq üçün, onun ünvanına şər atır.

Foto : Tağıyev Tural

Sözügedən xəstəxananın baş həkimi Dadaş Hümbətov isə Azinforum.az-a açıqlamasında bildirdi ki, Tağıyev Tural adlı adam artıq onun rəhbərlik etdiyi tibb ocağında işləmir.

Foto: Dadaş Hümbətov

Azinforum.az Siyəzəndə baş verən bu kuryoz hadisəni ətraflı araşdırıb. Həmin videoreportajı təqdim edirik.

Həmçinin oxuyun

Abşeron Gənclər Şəhərciyində AKSİYA: Sakinlər yolun süni şəkildə uzadılmasına etiraz edir – FOTO

Bu gün Abşeron Gənclər şəhərciyinin sakinləri Bakı-Sumqayıt yolunun VAZ-ın dairəsi deyilən ərazidə yolun uzadılmasına etiraz …