Şənbə , May 21 2022
Ana səhifə / Manşet / Sıradan cinayət, yoxsa səhnələşdirilmiş şou? – bənzər tarixi hadisələrin izi ilə…

Sıradan cinayət, yoxsa səhnələşdirilmiş şou? – bənzər tarixi hadisələrin izi ilə…

Ölkədə xaos, anarxiya yaratmaq və başqa hədəflərə hesablanan sui-qəsdlər, digər qanunsuz davranışlar tarixin bütün mərhələlərində olub.

Bu səbəbdən də, son günlər ölkədə baş verən hadisələrə bir qədər ayıq gözlə baxmalı, onları dünyada cərəyan edən bənzər proseslərlə müqayisə etməliyik. Belə olarsa, dolğun nəticələr hasil edə bilərik.

Mən demirəm ki, Bəxtiyat Hacıyev yalan danışır. Ancaq onun başına gələn hadisənin məhz DİN tərəfindən belə primitivcəsinə törədilməsi qəti inandırıcı görünmür.

Sizcə, adam heç özü oturan budağı kəsərmi? Bəllidir ki, baş verən bu qəbildən olan cinayətlərin aşkarlanması ilə bağlı məsuliyyət də DİN-in üzərinə düşürsə, niyə qurum özü-özünü hədəfə gətirsin?

Elə bu hadisə ilə paralel olaraq Rusiya Prokurorluğu tanınmış telejurnalist Solovyova qarşı sui-qəsd planının üstünün açıldığı ilə bağlı bəyanatla çıxış edib. Bilirsinizmi, qətlin sifarişçisi kimi elan ediblər?

Ukraynanı! Sizcə, Rusiya ilə müharibə aparan bir ölkə niyə Moskvada tanınmış telejurnalisti öldürməyi planlaşdırsın? Bu, Ukraynaya hansısa divident gətirərmi?

Əsla! Yəni obrazlı desək, Bəxtiyarla bağlı hadisədən DİN hansı dividenti qazana bilərsə, Salavyova edilən “su-qəsd”dən də Ukrayna həmin qazancla çıxardı.

Gəlin bir qədər yaxın tarixə ekskurs edək. 2000-ci ilin əvvələrində Qərbin postsovet ölkələrinə rəngli inqlabları ixrac etdiyi bir zamanda, böyük layihənin tərkib hissələrindən biri də cəmiyyətdə müxalif mövqeyi ilə tanınan jurnalistləri qətlinə nail olub, ölkələrdə xaos yaratmaq dururdu. Bu versiya ilə bağlı çoxsaylı araşdırmalara istinad etmək olar.

Həmin vaxt Ukraynada müxalif jurnalist Qonqadzə, Azərbaycanda isə Elmar Hüseynov öldürüldü. Bu qətllərin arasında bir sinxronluğun olduğu çox inandırıcı görünür. Sonra nələrin yaşandığı məlumdur.

Dünəndən sosial şəbəkələrdə bahalı “Lexsus” sürən bir məmur prototipinin, idarə etdiyi maşından enərək, motosikl sürən bir nəfəri sillələməsi aktiv müzakirə edilir. Maraqlıdır ki, məlum hadisə dərhal qeydə alınaraq sosial şəbəkələrə , xüsusilə də xaricdən idarə edilən böyük səhifələrə ötürüldü.

Bu məsələyə adi bir yol hadisəsi, sıradan bir inzibati məsuliyyət yaradan xuliqanlıq əməli kontekstindən deyil, məhz harın məmurun, yemək daşıyan kasıbı “əzməsi” kimi qiymət verilir.

Sosial şəbəkələrdə müzakirənin məhz bu yöndə, yəni sosial bərabərsizlikdən doğan harın davranış məzmununda aparılmasına yön verilir. Təbiidir ki, qalstuklu kişinin etdiyi əməl, məsuliyyət yaradır və ona layiqli cəza verilməlidir. Sual olunur: bəs onda döyülən motosiklçı kimdir? Birmənalı olaraq , yemək daşıyan kuryer deyil.

Çünki sürdüyü motosiklın bahalığından və reqistratorlu kaskada gəzməsindən bunu müəyyən etmək mümkündür. Səsindən cavan adama bənzəyən zərərçəkən, niyə onu yolun ortasında şapalaqlayan adama zərrə qədər də olsun müqavimət göstərmir? Hətta bu addımı atmağı ətrafdakı avtomobillər belə ona məsləhət görürdü.

Əgər motosiklçı onu sillələyənə bir yumruqla cavab versəydi, ətrafdakılar da əzilən bir adam kimi ona dəstək olardılar. Bütün bunlar belə təəssürat yaradı ki, sanki səhnələşdirilmiş bir şounu izləyirik.

Mənə elə gələr ki, əlaqədar qurumlar “Lexsus” sürənlə yanaşı, motosiklçının da kimlyini, tərəflər arasında bağlılığın olub-olmadığını dəqiq araşdırmalıdırlar. Ortada Tunis təcrübəsi var.

Tum satan bir kişiyə qarşı edilən bir hərəkət bütün Ərəb Baharını alovlandırdısa, biz də bənzər motivdə təqdimatı edilməyə cəhd olunan bu hadisənin bütün detallarını hərtərəfli araşdırmalıyıq.

Məhəmmədəli Qəribli

Həmçinin oxuyun

14 MAY AKSİYASI, BRİTANİYA SƏFİRLİYİNİN BƏYANATI VƏ “RƏİSİM” KLİPİ ARASINDAKI SİNXRONLUQ…

Gənc xanım bir müğənninin dövriyəyə buraxdığı “Rəisim” adlə klip geniş rezonans doğurub. Nədənsə, hamını daha …