Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Manşet / Seçkilərdən yayınan İlqar Məmmədov kimdən və nədən qorxur?- ÖZƏL

Seçkilərdən yayınan İlqar Məmmədov kimdən və nədən qorxur?- ÖZƏL

Yeni parlament seçkilərinin keçirilməsi barədə siyasi qərar verilməzdən öncə “Real” Partiyası intensiv təbliğat aparır, Milli Məclisinin yeni tərkibinin formalaşmasında fəal iştirak edəcəyini açıqlayırdı. “Real”ın bu çağırışları müxalifətin digər kəsimin, konkret olaraq AXCP-nin qıcığına səbəb olur və qarşılıqlı ittihamlara rəvac verirdi. Artıq ölkəmizdə yeni seçkilər təyin olunub və 9 fevral 2020-ci ildə xalq səsvermə məntəqələrinə gedərək Milli Məclisə yeni üzvlər seçəcək. Seçkidə iştirak edən partiyalar arasında Real da var. Real Erkin Qədirli, Natiq Cəfərli ilə yanaşı onlarla dairədən namizəd irəli sürüb. Lakin partiyanın sədri İlqar Məmmədov hələ də ölkədə mövcud olan 125 dairənin heç birindən öz namizədliyini irəli sürməyib. Siyasi müşahidəçilərin fikrincə, bu ləngimə heç də İlqar Məmmədovun seçkilərdə iştirak etməsi üçün hüquqi baryerlərinin olması ilə bağlı deyil. Əgər belə olsaydı, o, hər hansı dairədən namizədliyini irəli sürər və Dairə Seçki Komissiyası üzərində məhkumluq olması səbəbindən onun ərizəsini təsdiqləməkdən imtina edər, İlqar Məmmədov isə bu imtinanı əsas götürüb “məni seçkiyə qoymurlar” deyə hay-həşir salardı. Görünür, İlqar Məmmədovda məlumat var ki, hakimiyyət bu əsası ona vermək fikrində deyil. Belə olan təqdirdə isə İlqar Məmmədovun seçkilərdə iştirakdan yayınmasının səbəbini başqa yerdə axtarmaq lazım gəlir. “Real”a yaxın qaynaqlardan aldığımız məlumata görə, İlqar Məmmədov seçki marofonuna qoşulmağa qorxur.  Niyə qorxur, kimdən qorxur? 

İlqar Məmmədov seçkiyə qatılmaqdan qorxur ona görə ki, o, siyasi səhnədə süni şişirdilmiş şardır.  Seçki yarışında qalib gəlmək üçün nə tərəfdarları var, nə də xalqla ünsiyyət qurmaq qabiliyyəti. Xatırlayırsınızsa, həbsdən çıxdıqdan sonra İlqar Məmmədov bir neçə müsahibə verdi, həmin müsahibələr cəmiyyətdə ikrah və istehza doğuraraq onun əleyhinə işlədi. Seçki kampaniyasında da onun öz əleyhinə işləyəcəyi məlumdur. Elə bu səbəbdən də İlqar Məmmədov hazırda seçkilərdə iştirak etməmək üçün yollar arayır, hətta deyilənə görə, Natiq Cəfərli və Erkin Qədirli ilə bu səbəbdən aralarında nifaq yaranıb. Məlumatlı mənbə qeyd edir ki, yaranan ixtilafı çözmək üçün yeni il ərəfəsində İlqar Məmmədov, Natiq Cəfərli və Erkin Qədirli arasında görüş olub. İlqar Məmmədov partiyadaşlarından seçkilərdən çəkilməyi xahiş etsə də, onun bu ricasına məhəl qoyan olmayıb. Bu isə İlqar Məmmədovu möhkəm təlaşa salıb ona görə ki, əgər o seçkidə iştirak etməsə, partiya sədrliyindən də getməli olacaq.

Bildirilir ki, İlqar Məmmədovun qorxduğu rəqib isə AzNews.az informasiya portalının rəhbəri, tanınmış jurnalist, sosioloq Taleh Şahsuvarlıdır. Taleh Şahsuvarlı bir neçə kitab müəllifidir, onun müəllifi olduğu monoqrafiyalardan biri də seçki kampaniyasının təşkili ilə bağlıdır. Seçki prosesini həm praktiki, həm də nəzəri baxımdan mükəmməl bilən Taleh Şahsuvarlı prezident İlham Əliyevin fəal və ardıcıl tərəfdarlarındandır, hakimiyyətə öz sədaqəti ilə seçilən ictimai fiqurdur. Üstəlik, yaxşı təşkilatçı olan Taleh Şahsuvarlı qısa zamanda seçiciləri mobilləşdirmək potensialına sahibdir. O, İlqar Məmmədovu yarışa çağırıb və bu çağırış “Real” sədrini əndişəyə salıb. Siyasi baxımdan rəsmən bitərəf olan və hələ heç bir dairədən namizədliyini irəli sürməmiş Taleh Şahsuvarlı ilə qarşı-qarşıya gələrsə, böyük hesabla uduzacağının fərqinə varan İlqar Məmmədov müxtəlif bəhanələr uydurmaqla öz təlaşını ört-basdır eləməyə çalışır. 

Həmçinin oxuyun

“Təzyiq olarsa, onda “F-16”ları görəcəksiz” – İlham Əliyev

“Bir ay ərzində demək olar ki, hər gün müsahibə verirəm”. “ Azinforum.az ” xəbər verir …