Ana səhifə / Manşet / Seçicilərlə görüşə gedən deputatlığa namizədin avtomobili aşdı – FOTO

Seçicilərlə görüşə gedən deputatlığa namizədin avtomobili aşdı – FOTO

Azinforum.az-ın əldə etdiyi məlumata görə, 105 saylı Gədəbəy-Tovuz seçki dairəsindən deputatlığa namizəd olan Nazim Bəydəmirli seçicilərlə görüşə gedərkən şəxsi avtomobili ilə ağır yol qəzası keçirib. Deputatlığa namizəd açıqlamasında bunları deyib: ” İsalı kəndindən görüşdən qayıdarkən Fərzalı kəndində yüngül qəza keçirdik, bu səbəbdən Zamanlı, Mor-Mor, Göyəmli kəndlərindəki görüşlərimizi təxirə salmalı olduq.. Deyəsən, xalqımız demiş “göz dəydi”.. Sabahdan görüşlərimiz davam etdiriləcək, bu millətin yolunda ölümə də hazır olmalıyıq.. Biz fəaliyyətimizlə qələbəni çoxdan təmin etmişik, rəsmiləşdirmək isə dövlətin işidir.. İstəsə rəsmiləşdirəcək, istəməsə yox, bu sadə həqiqəti isə hamı bilir…”

Hazırda Nazim Bəydəmirlinin özünün sağlıq durumunda heç bir problemin olmadığı bildirilir.

Həmçinin oxuyun

Naxçıvanda: Dərzi şikayət etdiyi üçün obyekt icarə götürə bilmədiyini deyir

“Aylardır iki azyaşlı körpəmi dolandırmaqda çətinlik çəkirəm” Ötən il, oktyabrın 22-də Naxçıvanın Şərur rayonundakı ticarət …