Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Manşet / Saxta “jurnalistlərin” AzTV adı ilə “obyektə” basqını – VİDEO – Eksklüziv

Saxta “jurnalistlərin” AzTV adı ilə “obyektə” basqını – VİDEO – Eksklüziv

Tanınmış jurnalist Samir Feyruzov öz “Facebook” səhifəsində maraqlı məlumat paylaşıb. Azinforum.az həmin postu təqdim edir:

“Koronavirus pandemiyasından sui-istifadə edən bəzi şəxslər “jurnalist” adı ilə müxtəlif sahibkarlıq subyektlərini açıq şantaj edirlər. Bu kadrlar Lökbatan qəsəbəsindəki “Qardaşlar” adlı şirniyyat mağazasında çəkilib. Videodan da görünür ki, mağazaya icazəsiz daxil olan iki qadın sahibkarlara hücum çəkərək, müştərilərin niyə qoruyucu maska taxmadıqlarını, şirniyyatların hansı şəraitdə hazırlandığı ilə bağlı suallar ünvanlayıblar.

Ən maraqlısı isə budur ki, xanımlar özlərini “Milli Televiziyanın” əməkdaşları kimi təqdim ediblər. “Jurnalistlərin” məhz bu saxta addan niyə istifadə etməsi də təsadüfi deyil. Çünki mediadan uzaq olan sahibkarlar və “jurnalistlərin” seçdikləri digər şikarlar bu adı eşidəndə avtomatik olaraq beyinlərində Azərbaycan Dövlət Televiziyası assosiyasiya olunur. Bu da saxta jurnalistlərin işinə çox yarayır.

Apardığım araşdırma nəticəsində məlum oldu ki, sahibkarlıq subyektinə “basqın” edən qadınların biri – Elmira Hümbətova “millitv.az” adlı tanınmayan bir domeni təmsil edir. Digər qadının isə jurnalistika ilə ümumiyyətlə əlaqəsi yoxdur. Sözügedən saytın əlaqə vasitələrini əldə etdim. Saytın baş redaktoru kimi adı qeyd edilən Rövşən Qasımovla əlaqə saxladıq. Maraqlıdır ki, onun nömrəsi “getcontact” proqramında “AzTV baş redaktor” kimi qeyd edilir. O, bizimlə söhbətində əməkdaşlarının atdığı addımların tam qanuni olduğunu bildirdi.

Bu mənzərənin iki tərəfi var: hüquqi və mənəvi. Hüquqi tərəfi ilə məşğul olmaq bizim işimiz deyil. Sözügedən obyektin sahibi baş verən hadisə ilə bağlı əlaqədar hüquq-mühafizə orqanlarına şikayət edəcəyini deyir. Mövzunun mənəvi tərəfi isə budur ki, belə adamlar şərəfli peşə sayılan jurnalistikanın adını korlayıb, biabır edirlər”.

Həmçinin oxuyun

Arestoviç: İlham Əliyev qüsursuz oyun aparır

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya son səfəri və həmin ərəfədə rusiyalı sülhməramlıların vaxtından əvvəl ölkəmizi …