Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Manşet / Saxta generalın güc qurumlarını “monitorinq” etmək üçün vəkalətnamə verdiyi şəxs bəyanat yaydı

Saxta generalın güc qurumlarını “monitorinq” etmək üçün vəkalətnamə verdiyi şəxs bəyanat yaydı

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Nərimanov Rayon Polis İdarəsi əməkdaşları tərəfindən birgə həyata keçirilən əməliyyat tədbiri nəticəsində insanların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onları aldadan şəxsin saxlanılması ilə bağlı xəbər vermişdik.

Araşdırma zamanı müəyyən edilib ki, əvvəllər dəfələrlə məhkum olunmuş paytaxt sakini Firdovsi Ələkbərov general formasında özünü İnsan Hüquqlarının Müdafiəsi üzrə Beynəlxalq Komitə adlı (İnternational Human Rights Defence Committee) beynəlxalq təşkilatın Paris Departamentinin Mərkəzi Asiya Layihəsi üzrə rəhbəri kimi təqdim edib. İş üzrə zərəçəkən kimi tanınan Beynəlxlaq Diaspor Mərkəzinin rəhbəri İsamayıl Ağayev açıqlamasında bildirib ki, həmin qurumda Firdövsi Ələkbərovun ən yaxın silahdaşlarından biri də özünü hüquq eksperti kimi təqdim edən İsmayıl Zalov adlı adam olub. BDM sədri bildirib ki, hətta Firdovsi Ələkbərov İsmayıl Zalova hüquq-mühafizə orqanları və məhkəmələrdə monitoriq keçirməyə dair vəkalətnamə də veribmiş. Maraqlıdır ki, baş verən bu hadisələrdən sonra İsmayıl Zalov sosial şəbəkələrdəki hesablarından Firdovsi Ələkbərovun ona verdiyi forma ilə olan bütün fotolarını silib və mövzuya aid bəyanat paylaşıb. Azinforum.az həmin bəynatı olduğu kimi təqdim edir:

“Mən İsmayıl Zalov İnsan Hüquqları Müdafiəsi Komitəsində işçi deyil, təşkilata sadəcə üzv olan bir hüquq esperti olmuşam. İnsan Hüquqları Müdafiəsi Komitəsində işlə bağlı hər-hahsı bir rəsmi sənədə nə imza atmışam, nədə ki təşkilatın öhdəliyində olan məslələ qarışmışam. Bir sözlə, İnsan Hüquqları Müdafiəsi Komitəsi mənim üçün rəsmi iş yeri olmayıb. Sözügedən təşkilatla və rəhbəri Firdovsi Ələkbərovla şəxsən İsmayıl Ağayev vasitəsi və vasitəçiliyi ilə tanış olmuşam. Üzv olmaqda məqsədim Dövlətə və Dövlətçiliyi xidmət etmək və təşkilat vasitəsi ilə Azərbaycanın haqq səsini beynəlxalq dairələrə çatdırmaq olub. Çünki İnsan Hüquqları Müdafiəsi Komitəsrinə üzv olarkən mənə bu təşkilatın hətta BMT-nin üzvi olduğu və səlahiyyətlərinin geniş olması vurğulanmışdı. Təşkilatda üzv olduğum müddətdə Azərbaycan və Azərbaycançılığım üçün çalışan, müxalifətə qarşı çağrışlar edib , qarayaxma kompaniyalara birbaşa əks olan mövqedə durmuşam. Hətta bu iqtidaryönlü fəaliyyətimə görə məni təşkilatda “Hakimiyyətin adamı” da adlandırdılar. Sözümün canı harda olmağımdan, hansı təşkilatda fəaliyyət göstərməyimdən və üzv olmağımdan aslı olmayaraq mövqeyim bir olub. Sadəcə, mənim təşkilatda statusum və tutduğum mövqe hüquq eksperti kimi olub. Bir sözlə, İnsan Hüquqları Müdafiəsi Komitəsində iqtidarı müdafiə və təmsil edən hüquq eksperti kimi üzv olmuşam. Dövlətimin və Dövltçiliyimin əleyhinə çıxanlara qarşı mübarizə aparmışam. Hətta bəzən sözügedən təşkilatda mənim iqtidaryönlü bəyanatlarımı, çıxışlarımı görüb bəzi qarayaxma kompaniyalarınada əl atmışdılar. Bütün bunlara baxmayaraq, mən öz mübarizəmi daima ikiüzlü, tutduğu mövqeyi bəlli olmayan şəxslərə qarşı aparmışam və aparacağam da. Yaşasın Azərbaycan xalqı, onun Ümummili Lideri Heydər Əliyevin ideyaları və bu siyası kursun davamçısı İlham Əliyev!”

Azinforum.az

Həmçinin oxuyun

“Azərbaycanda narkotikin yayılmasını yuxarı səviyyədə himayə edirlər”

Elm və Təhsil Nazirliyinin tabeliyində olan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Meydan TV-yə …