Şənbə , Aprel 20 2024
Ana səhifə / Manşet / Şamaxıda daha bir qanunsuzluq ifşa edildi – Tamam Cəfərovanın təbliğatına indi kim qoşulub?+FOTO

Şamaxıda daha bir qanunsuzluq ifşa edildi – Tamam Cəfərovanın təbliğatına indi kim qoşulub?+FOTO

85 saylı Şamaxı Seçki Dairəsində yerli hakimiyyət nümayəndələrinin seçki prosesinə yersiz müdxiləsi ilə bağlı daha bir fakt üzə çıxıb. Yenə də məlum olub ki, yerli məmurlar namizədlərdən biri olan Azərbaycan Dillər Universitetinin prorektoru Tamam Cəfərovanın təbliğat-təşviqiat işində birbaşa iştirak edirlər. Bindan əvvəl Şamaxı rayon mədəniyyət evinin müdiri Rəfail Tağıyevin qanunsuz olaraq Tamam Cəfərovanın təbliğat tədbirində yer aldığını sübut edən fotofaktı təqdim etmişdik.

Tamam Cəfərovanın alterantivi olan, ehtiyyatdakı polkovnik Əzizağa Süleymanov Azinforum.az-a göndərdiyi məlumatda bildirib ki, yerli məmurlar tənqidlərdən nəticə çıxarmaq əvəzinə, indi də prosesə rayonun Həmkarlar İttifaqının sədri Fatma Quliyevanın qoşublar:

“Əziz xalqım 85 saylı Şamaxı seçki dairəsində yerli məmurların dəstəklədiyi bir xanım namizədin qanun pozuntusuna yol verdiyi barədə MSK sədri Məzahir Pənahov cənablarına sosial şəbəkədən müraciət etdim. Hörmətli Məzahir müəllim dərhal “tədbir gördü”. MSK- da keçmiş iş yoldaşı olan, hazırkı Şamaxı rayonuna deputatlığa namizəd göndərilmiş Tamam xanım Cəfərovanın qanun pozuntusuna yolvermə səbəblərini araşdırmaq əvəzinə, əlavə dəstək olaraq Şamaxı icra rəhbərliyinə tövsiyələr verərək, rayonunun Həmkarlar İttifaqının sədri Fatma xanım Quliyevanı Tamam xanıma köməkçi göndərtdirdi.
Məzahir müəllimə eşq olsun!”

Azinforum.az Fatma Quliyevanın Tamam Cəfərovanın təbliğat tədbirində iştirakını təsdiq edən fotonu təqdim edir.

Qeyd edək ki, polkovnik Əzizağa Süleymanov bir neçə dəfə alternativi Tamam Cəfərovanı debata çağırsa da, xanım namizəd bundan yayınıb.

Azinforum.az

Həmçinin oxuyun

Qazaxın 4 kəndi qaytarılır – RƏSMİ

Qazağın 4 kəndinin qaytarılması razılaşdırılıb. Azinforum.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası və Ermənistan Respublikası …