Sabirabad rayonunun mərkəzində yerləşən, Hacı Məmmədbağır kimi tanan iş adamına məxsus kafedə aşbaz işləyən Əliyev Rauf Gülhüseyn oğlu adlı şəxs Azinforum.az-a etdiyi müraciətdə bildirir ki, elə həmin “obyekti” işlədənlər tərəfindən bərk döyülərək, müxtəlif bədən xəsarətləri alıb. Şikayətçi qeyd edir ki, döyüldüyü içtimai iaşə məkanı Hacı Məmmədbağırın olduğu üçün, onun şikayəti yerli polis tərəfindən obyektiv araşdırılmır. Döyülən şəxsin dediyinə görə, sözügedən kafeyə düz bitişik yerdə Hacı özünə qazdoldurma məntəqəsi açıb. Bu da ətraf üçün böyük təhlükə mənbəyi sayıla bilər. Azinforum.az şikayətçi vətəndaşın verdiyi videomüsahibəni təqdim edir:
Radaksiyadan: Görəsən, Sabirabad Rayon İcra Hakimiyyəti rayonun simvollarından sayılan Bayraq Meydanının düz yanında hər an partlayıb rayona ziyan verəcək gücdə olan bir qazdoldurma məntəqəsinin açılışına necə və hansı məqsədlə icazə verib?
