Ana səhifə / Manşet / Sabiq nazir övladlarının Rusiyadakı biznesləri təhlükə altındadır – SİYAHI

Sabiq nazir övladlarının Rusiyadakı biznesləri təhlükə altındadır – SİYAHI

Rusiyada kiçik sahibkarlıq subyektlərinin təxminən 20%-i böhran və sanksiyalar fonunda işçilərini ixtisar edib və ya işdən çıxarıb. 
Bu barədə məlumatı “Forbes” jurnalı yayıb.
Jurnalın sifarişi əsasımda “Aktion Buxqalteriya” şirkəti sorğu keçirib və məlum olub ki, şirkətlərin 13,7%-ində gəlirlər 50%-dən çox azalıb. Müəssisələrin 3,5%-i isə işlərini tamamilə dayandırıb.
Rusiya ordusunun Ukraynaya hücumundan sonra hər 5 Rusiya şirkətindən 1-i  işçilərini ixtisar edib və ya işdən çıxarıb. Şirkətlərin təxminən 11%-i işçilərin 10%-dən azını, şirkətlərin 6,3%-i işçilərinin 10%-dən 30%-nə qədərini, 2,8%-i 50%-dən 100%-ə qədərini işdən çıxarıb və ya ixtisar edib. 
Respondentlərin üçdə birindən çoxu (37,5%) son bir ayda gəlirlərini və müştərilərini, 19%-i isə təchizatçılarını itirdiyini bildirib. Sorğuda iştirak edən şirkətlərin 31,2%-nin gəlirləri fevralın sonundan bir qədər azalıb.  Təxminən 29%-i gəlirlərinin 25-50% azaldığını bildirib. Şirkətlərin 13,7%-nin gəliri 50%-dən çox azalıb. Sorğuda iştirak edənlərin 3,5%-i işlərini tamamilə dayandırdıqlarını bildirib. 
Məlumat üçün bildirək ki, Rusiyada Azərbaycan vətəndaşlarına da məxsus çoxlu sayda kiçik sahibkarlıq subyektləri (işçilərinin sayı 100-dən az, gəliri isə 800 milyon rubldan aşağı olanlar) fəaliyyət göstərir. Sanksiyaların bu şirkətlərə necə təsir etdiyi barədə hər hansı bir məlumat yoxdur.
Qeyd edək ki, Rusiyada biznes fəaliyyəti olan azərbaycanlılar arasında sabiq məmurların da ailə üzvləri var.  
Rusiyada daşınmaz əmlakın alqı-satıqısı ilə məşğul olan “QALS” şirkəti (VÖEN-7705544330) sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin qızı Suad Malekiyə (Qarayeva) məxsusdur. Suad Malekinin yeganə təsisçisi olduğu “QALS” şirkəti 2020-ci il ərzində 5 milyon 684 min rubl (75 min 786 dollar) gəlir əldə edib və 319 min 908 rubl (4 min 265 dollar) vergi ödəyib. 
Qeyd edək ki, “QALS” şirkəti 05.07.2013-cü ildə Moskva şəhəri, Tatarskaya küçəsi 7 ünvanında dövlət qeydiyyatına alınıb. Mətbuatda yayılan məlumatda bidirilir ki, “QALS” sabiq nazirin özünün və ailə üzvlərinin adının baş hərflərindən (Qarayev, Abülfəz, Lalə (həyat yoldaşı) və Suad (qızı)) ibarətdir. 
Rusiyada şirkət sahibi olan azərbaycanlılardan biri də keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyevin oğlu Araz Nağıbəylidir. Arzu Nağıbəyli Rusiya paytaxtında daşınmaz əmlak biznesi ilə məşğul olan “Naxçıvan İnvest” (VÖEN- 7704448970) şirkətinin 50%-lik payla 2 təsisçisindən biridir. “Naxçıvan İnvest” 13 dekabr 2017-ci ildə Moskva şəhəri, Akademik Pilyuqin, 8A ünvanında hüquqi qeydiyyata alınıb.
Şimal qonşumuzun ərazisində biznes sahibi olanlardan biri də Milli Məclisin sabiq sədri və hazırda millət vəkili olan Oqtay Əsədovun həyat yoldaşı Zemfira Əsədovadır. Hüququ ünvanı Moskva şəhəri, Bakı küçəsi, ev 29-da yerləşən “Arizarum Qrup” (VÖEN- 7705176856) restoran sektorunda fəaliyyət göstərir. “Arizarum Qrup”  2020-ci ildə 14 milyon rubl (184,2 min dollar) gəlir əldə edib, xalis mənfəti isə 9,7 milyon rubl (127,6 min dollar) olub. 2019-cu illə müqayisədə Zemfira Əsədovaya məxsus şirkətin mənfəəti 42 min rubl (553 dollar) artıb. “Arizarum Qrup” 14 yanvar 1998-ci ildən fəaliyyət göstərir. Yeniavaz.com

Həmçinin oxuyun

Sərhəd zabiti olan çempion Rəsul Cunayev gənclərimizə hansı mənfi örnəyi göstərir?

Fotoda gördüyünüz bu şəxs Azərbaycanın tanınmış güləşçisi Rəsul Cunayevdir. O, idman sahəsində ciddi uğurlara imza …