Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Manşet / SABİQ NAZİR KÖMƏKÇİSİNİ ZAVOD DİREKTORU TƏYİN ETDİ

SABİQ NAZİR KÖMƏKÇİSİNİ ZAVOD DİREKTORU TƏYİN ETDİ

Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev sahibi olduğu və Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan “Alco” Məhdud Məsuliyyətli Cəmiyyətinə direktor təyin edib. Unikal.org-un əldə etdiyi məlumata görə, F. Əliyev həmin müəssisəyə bir vaxtlar onun köməkçisi vəzifəsində çalışmış Elşad Abbasovu direktor təyin edib.

Sabiq nazirin yaxın qohumu olan Əlibala Əliyev isə direktor müavini olub.

Qeyd edək ki, “Alco” Məhdud Məsuliyyətli Cəmiyyətinə 29 iyul 2016-cı il tarixində Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib.
Şirkət Sumqayıt Kimya Sənaye Parkının 2,5 ha torpaq sahəsində Almaniya texnologiyası əsasında ildə 30 min ton sürtkü yağlarını istehsal edəcəkdir.
Məlumata görə, F. Əliyev Sumqayıt Kimya Sənaye Parkı ərazisində daha bir müəssisə inşa etdirmək istəyir.
Qeyd edək ki, Fərhad Əliyevin özü isə İçərişəhərdəki ofisində əyləşir.

Həmçinin oxuyun

ABŞ general Hikmət Mirzəyevə sanksiya tətbiq etmək İSTƏYİR

ABŞ Konqresi Azərbaycanın bir sıra məmurlarına qarşı sanksiyanı nəzərdə tutan qanun layihəsi təqdim etməyə hazırlaşır.  …