Bazar ertəsi , May 27 2024
Ana səhifə / Manşet / Sabiq məmurun şirkəti 15 minlik tenderlərin qalibi oldu

Sabiq məmurun şirkəti 15 minlik tenderlərin qalibi oldu

Azərbaycan Baş Prokurorluğu və DİN-ə tabe olan A.N. Heydərov adına Respublika Hospitalı tərəfindən keçirilən tender müsabiqələrinin qalibi məlum olub.
Belə ki, tender müsabiqələrinin qalibi “Krokus AV S.R.O” şirkətinin Azərbaycandakı filialı (VÖEN- 2003039731) olub.
Baş Prokurorluq 18 ədəd liftə 11 ay ərzində texniki xidmətin göstərilməsi üçün “Krokus AV S.R.O” şirkətiylə 11 min 472 manat 80 qəpik dəyərində müqavilə bağlayıb.
DİN-ə tabe olan A.N. Heydərov adına Respublika Hospitalı isə 5 ədəd liftə texniki xidmətin göstərilməsi üçün “Krokus AV S.R.O” şirkətiylə 3 min 500 manat dəyərində müqavilə bağlayıb.
Məlumat üçün bildirək ki, “Krokus AV S.R.O” şirkətinin Azərbaycandakı filialı 01.07.2014-cü il tarixində dövlət qeydiyatına alınıb. Hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov ev 15 ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Xəlilov Emil Vaqif oğludur. 
Qeyd edək ki, “Krokus AV S.R.O” şirkəti 15 mart 2012-ci ildə Çexiyanın dördüncü böyük şəhəri olan Plzendə qeydiyyata alınıb. Şirkət 2 nəfər Azərbaycan vətəndaşı – 1944-cü il təvəllüdlü Vaqif Xəlilov və 1950-ci il təvəllüdlü Asiya Xəlilova tərəfindən təsis olunub.
Vaqif Xəlilov Çexiyada şirkət təsis etməzdən cəmi 2 ay əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin tərkibindəki “Bakılifttəmir” İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad olunub.
“Krokus AV S.R.O” şirkətinin Azərbaycandakı filialından başqa 2016-cı ildə eyni ünvanda nümayəndəliyi də dövlət qeydiyyata alınıb. Nümayəndəliyin rəhbəri isə Xəlilov İlkin Vaqif oğludur.
Onu da qeyd edək ki, “Krokus AV S.R.O” şirkətinin mart ayının 2-də keçirilən ümumi yığıncağında şirkətin ləğv olunması barədə qərar qəbul olunub.
Adları qeyd olunan şəxslərlə bağlı diqqət çəkən məqamlardan biri odur ki, iki tenderin qalibi olan “Krokus AV S.R.O” şirkətinin Azərbaycandakı filialının rəhbəri Xəlilov Emil Vaqif oğlu eyni zamanda “Bakı Otis Lift” QSC-nin (VÖEN – 1400336121) də rəhbəridir. Nizamnamə kapitalı 40 000 manat olan bu şirkət 2004-cü ildə dövlət qeydiyyatına alınıb.
Daha əvvəl “Bakı Otis Lift” QSC dövlət qurumlarının keçirdiyi çoxsaylı tender müsabiqələrində qalib olub. Hazırda QSC-nin dövlət büdcəsinə 80 min 734 manat 22 qəpik vergi borcu var. Yeniavaz.com 

Həmçinin oxuyun

Axtarışda olan xanım müğənni qandalsız Azərbaycana döndü -Video

Bakının Binəqədi Rayon Məhkəməsi tərəfindən barəsində axtarış elan olunan müğənni Afət Fərmanqızı bu gün səhər …