Şənbə , Aprel 20 2024
Ana səhifə / Manşet / Sabiq daxili işlər nazirinin qardaşı həbsdən buraxıldı

Sabiq daxili işlər nazirinin qardaşı həbsdən buraxıldı

Azinforum.az-ın əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun həbsdə saxlanılan qardaşı Əvəz Əmədov bu gün azadlığa buraxılıb. Onun barəsində bu qərarı Bakı Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəməsi verib.

Qeyd edək ki, həbsdə saxlanılan Əvəz Əhmədov Bakı şəhərində biznes fəaliyyəti ilə məşğul olub. Sabiq nazirin qardaşına Cinayət Məcəlləsinin iki maddəsi – 182 (hədə qorxu ilə tələb etmə) və 145 (qanunsuz azadlıqdan məhrum etmə) ilə rəsmi ittiham elan olunmuşdu. Əvəz Əhmədov əvvəllər iş birliyində olduğu hansısa bir iş adamının şikayəti əsasında həbs edilmişdi. Əvəz Əhmədov ağır cinayət törətməkdə ittiham edilsə də, məhkəmə onu 2 min manat cərimə edərək zaldan azad edib.

Rövşən ƏLİ,

Azinforum.az

Həmçinin oxuyun

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI…

Bu ayın əvvəlində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni layihəsi – DOST TV – …