Cümə , Aprel 19 2024
Ana səhifə / Manşet / Sabiq baş “voenkom” Prezidentin fikirlərini niyə təhrif edir?

Sabiq baş “voenkom” Prezidentin fikirlərini niyə təhrif edir?

Xanuseyn Kazımlının göstərdiyi “perfomans” bir daha subut etdi ki, paralmentin yenilənməsinə böyük zərurət var. Bu hələ harasıdı? Hətta elə deputatlar var ki, Prezidentin çıxışını, fikirlərini təhrif etməklə məşğul olur. 90-cı illərdə baş “voenkom” kimi tanınan Əliağa Hüseynov adlı bir millət vəkili var. Parlamentdə və ya mətbuatda onu ağzını açıb danışan görməmişik. Başa düşürük ki, danışmağı bacarmır. Çünki o tam başqa sahə üzrə ixtisaslaşıb.

Onun 90-cı illərdə nəyinsə müqabilində çıxardığı “neqodnıların” sayı o qədədi ki, bir yerə toplansalar böyük nizami orduya bərabər olarlar. Görün, bu general nə deyib? Sitat:

“Cənab Prezidentin başlatdığı islahatlar bütün sahələri əhatə edəcək. Ölkə başçısı son müşavirədə medianın vəziyyətinin qənaətbəxş olmadığını dilə gətirdi…”

Danışma, danışanda da “quşu gözündən vur” buna deyəllər. Ay Əliağa müəllim, niyə yalan danışırsan? Prezident nə vaxt deyib ki, medianın vəziyyəti qənaətbəxş deyil? Zəhmət olmasa, gir prezident.az və ya azertac.az saytlarına gör, İlham Əliyevin belə fikirinə rast gəlirsən? Tapsan, denə biz də oxuyaq.

Əksinə , Prezident məmurların vəziyyətinin qənaətbəxş olmadığını dilə gətirdi və dedi ki, islahatları sabotaj edən məmurlar bəzən bir-birinə qarşı medianın gücündən də istifadə edirlər. Baxın, mən jurnalistəm, hansısa məmur digərindən məlumat ötürürsə, bunun günahını niyə mediada və ya jurnalistdə axtarmalıyıq? Jurnalist üçün həmin məlumat gözəl xanmal sayılır və hər bir peşəkar media adamı belə məlumatın əlində olmasını, ondan yazı hazırlamağı istəyər.

Hörmətli Əliağa müəllim, başa düşürük, yaşlanıbsınız, gələcəkdə millət vəkili olmağa və ya yenidən vəzifə tutmağa inamınız qalmayıb. Buna görə də, özünüzü oda-közə vurursunuz. Nə edirsiniz-edin, amma heç vaxt ölkə başçısının fikirlərini təhrif edib, onunla manipulyasiya etmək fikirinə düşməyin. Bunun çox pis fəsadları ola bilər…

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …