Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Manşet / Səlim Müslümov həbs edildi

Səlim Müslümov həbs edildi

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov həbs edilib.

“ Azinforum.az ” Unikal.org-a istinadən xəbər verir ki, keçmiş məmur hüquq-mühafizə orqanları tərəfindən ciddi korrupsiya faktları ilə saxlanılıb.

Qeyd edək ki, Səlim Müslümov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun yaxın kadrı kimi tanınır. K.Heydərov Dövlət Gömrük Komitəsinin sədri olduğu dövrdə S.Müslümov onun müavini olub. S. Müslümov DGK-nin sədri olduğu vaxtda korrupsiya əməlinə görə həbs həyatı yaşayıb. Sabiq nazir bəraət aldıqdan sonra DSMF sədri, daha sonra isə Əmək və Əhalinin sosial müdafiə naziri vəzifəsində çalışıb.

Xatırladaq ki, 2018-ci ildə Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncama əsasən o, vəzifəsindən azad edilib.

Həbs xəbərini S.Müslümovun yaxınları təsdiqləyiblər.

Həmçinin oxuyun

“Azərbaycanda narkotikin yayılmasını yuxarı səviyyədə himayə edirlər”

Elm və Təhsil Nazirliyinin tabeliyində olan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Meydan TV-yə …